Bu gün Azərbaycan vətəndaşı olaraq çox üzgün bir dönəmi yaşayırıq. Çünki erməni təxribatı nəticəsində igid oğullarımızı şəhid vermişik. Sanki 44 günlük müharibənin 45-ci gününü yaşamış olduq. Amma təsəllimiz Qələbəmiz və bundan sonra əldə olunacaq nailiyyətlərə inamımızdır. Cənab Prezident İlham Əliyevin Qarabağın işğaldan azad edilməsi uğrunda xalqla birliyi, dəmir yumruğun gücü hər bir Vətən və Dövlət sevdalısını qürurlandırır. Şübhəsiz ki, bütün quruculuq işlərində əziz şəhidlərimizin əzəmətli ruhlarını şükran hissi ilə yad edirik. Onların haqqı ödənməz. İnsanı məyus edən, əslində, bu millətdən olub, özünü müxalifət adlandıran bir qrup insanın son dərəcə gərəksiz ifadə və davranışlarıdır. Axı insan öz ölkəsinə bunu necə rəva bilər, axı bir vətəndaş necə ola bilər ki, düşmənlə həmfikir olub onun düşüncələrini gərəkli bilsin. Xalqın şəhidinə hörmət qoymadan lazımsız ifadələr işlətsin. Əgər günü bu gün Sülh müqaviləsi imzalansaydı, heç şübhəsiz əli rərimlərin, sevinc osmanqızıların başqa arqumentləri tapılacaqdı. Bu gün eləcə də günlərdən Bilik Günüdür. Bu gün hər yerdə olduğu kimi, işğaldan azad edilmiş Azərbaycanın Ağalı kəndinin məktəbində də hüzün qarışıq yaşanıb. Şagirdlər üçün ən həyəcanlı ilk zəng çalınıb. Biz müsbət fikrə köklənməliyik. Çünki dövlətimizin təəsübkeşliyini çəkmək vətəndaşın mənəvi borcudur. Mən Vətənim üçün nə edə bilərəm sualına cavabı hər kəs öz əməllərində axtarmalıdı. Gəncliyimizə bunu arzu edirik.
Neva Abdurahmanova
YAP Qusar Rayon Təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB