ABŞ-da dərc edilən hesabatda Rusiyanın 2014-cü ildən bəri xarici siyasəti formalaşdırmaq üçün 300 milyon dollardan çox vəsait xərclədiyi iddia edilib. SİA xəbər verir ki, Amerika mətbuatında yer alan xəbərlərə görə, ABŞ dövlət katibi Antoni Blinkenin imzaladığı hesabatda Kremlin bəzi xarici dövlət rəsmiləri və Rusiyaya yaxın siyasətçilərə təsir göstərməyə çalışdığı bildirilib.
Hesabatda hansı ölkələrin hədəf alındığı açıqlanmasa da, sözügedən ölkələrin xəbərdar edildiyi vurğulanıb. Kremlin 2014-cü ildən bu yana 300 milyon dollardan çox xərclədiyinə diqqət çəkən hesabat hələ də ictimaiyyətlə paylaşılmayıb. Digər tərəfdən adının çəkilməsini istəməyən ABŞ hökumət rəsmisi Rusiya prezidenti Vladimir Putinin bu pulun böyük bir hissəsinin demokratiyaları daxildən gizli şəkildə çökdürmək üçün istifadə etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB