Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusunun şəhid olması ilə bağlı başsağlığı mesajı yayımlayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mesajda deyilir: “Azərbaycan-Ermənistan dövlət sərhəd xəttində meydana gələn qarşıdurmalarda həyatını itirən Azərbaycan Ordusunun qəhrəman şəhidlərinə rəhmət, yaxınlarına səbr və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm.
Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB