RSK Qarabağ ermənilərinin yeni Laçın yolundan istifadəsinə qadağa qoydu? SİYASİ RAKURS
Azərbaycanın Qarabağda istədiyi an və istədiyi şəkildə antiterror əməliyyatları keçirməsinə hüququ və gücü var
Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan ordusunun əsasən Kəlbəcər və Laçın rayonlarının sərhəd xətti boyu törətdiyi silahlı təxribatları nəticəsində baş verən eskalasiya və düşmənin çoxsaylı itkisinin ardınca Qarabağ separatçılarının da canlarına vəlvələ düşməyə başlayıb. Məlum olub ki, artıq mövcud olmayan köhnə Laçın “dəhlizi” deyilən ərazilərə alternativ olaraq məhz Azərbaycan dövləti tərəfindən çəkilən yeni yolda erməni separatçıları rahat hərəkət edə bilmirlər.
Erməni mətbuatının iddiasına görə, rusiyalı sülhməramlılar onlara "ciddi zərurət və ya ehtiyac olmadan" Xankəndi-Şuşa-Gorus-İrəvan yolu ilə hərəkətdə olmamağı tövsiyə edib
Daha dəqiq desək, bu barədə erməni KİV-ləri də informasiya yaymağa başlayıblar. Belə ki, Xankəndidə Rusiya sülhməramlıları kontingentinin (RSK) himayəsində qalan erməni separatçı-quldur yığnağı bu yoldan istifadəni həyatlarına təhlükə hesab edirlər. Üstəlik, bu barədə RSK rəhbərliyi də onlara xəbərdarlıq edib. Erməni mətbuatının iddiasına görə, rusiyalı sülhməramlılar onlara "ciddi zərurət və ya ehtiyac olmadan" Xankəndi-Şuşa-Gorus-İrəvan yolu ilə hərəkətdə olmamağı tövsiyə edib. Müraciət həm də ona əsaslandırılır ki, yolun müxtəlif hissələri hərbi əməliyyatların aparıldığı yerlərin yaxınlığında yerləşdiyindən nəqliyyatın hərəkəti üçün təhlükəli ola bilər və s...
Ermənistanın və ya Xankəndindəki separatçı rejimin buna görə dünyaya hay-haray qaldırıb Azərbaycanı "qınaq" obyektinə çevirməyə nə mənəvi, nə hüquqi haqları mövcuddur
Lakin fakt budur ki, təhlükə bilavasitə separatçı və qanunsuz silahlıların özlərindən gəlir və eyni zamanda, Ermənistanın və ya Xankəndindəki separatçı rejimin buna görə dünyaya hay-haray qaldırıb Azərbaycanı "qınaq" obyektinə çevirməyə nə mənəvi, nə hüquqi haqları mövcuddur. Və daha yaxşı olardı ki, RSK bu amilləri nəzərə almaqla qanunsuz silahlı rejimin tərksilah olunması üçün daha səmərəli fəaliyyət göstərsin. Əks halda, Azərbaycanın Qarabağda istədiyi an və istədiyi şəkildə antiterror əməliyyatları keçirməsinə hüququ və gücü var.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB