Şəhid övladlarının doğum günü qeyd edilib FOTOLAR

Şəhid övladlarının doğum günü qeyd edilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən Vətən müharibəsinin şəhidləri - Azərbaycan Silahlı Qüvvələrinin mayoru, "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş Anar Şükürov, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Elşən Orucov, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, medalları ilə təltif olunmuş Anar Şükürov, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş Elçin Əzizovun ailəsi ilə görüş keçirilib.

Görüşdə şəhidlərin övladlarının doğum günləri qeyd edilib.YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva şəhid övladlarını doğum günləri münasibətilə təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Daha sonra dövlətimizin başçısı cənab İlham Əliyevin hər zaman şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıdan danışıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə, təşəkkürlərini bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə