Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycanın iqtisadi, hərbi qüdrəti davamlı olaraq artmaqla yanaşı beynəlxalq əlaqələri və dünya miqyasında nüfuzu genişlənir. Yerləşdiyi mürəkkəb coğrafi məkan dünyanın ən strateji ərazilərindən biri , dünyanın nəhəng güclərinin maraqlarının kəsişdiyi nöktələrdən biri olmasına, qonşuluğunda yerləşən dövlətlərin bir çoxunun Azərbaycana xoş münasibət bəsləməsinə, bölgəni öz nüfuz dairəsində saxlamaq cəhdlərinə baxmayaraq, cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, apardığı düzgün siyasət hesabına Azərbaycan intensiv inkişaf tempini qoruyub –saxlayır və tam müstəqil siyasət həyata keçirir. Azərbaycanda beynəlxalq hüquqa hörmətlə yanaşılır, mehriban qonşuluq prinsipinə və bütün tərəflərin maraqlarının qorunmasına önəm verilir. Yuxarıda qeyd olunan əsas faktorlara sözdə deyil, əməli fəaliyyətdə də əməl olunur. Belə bir mürəkkəb məkanda tam müstəqil siyasət yeritdiyinə görə Azərbaycanın beynəlxalq nüfuzu genişlənir, onun rəhbəri cənab Prezident İlham Əliyevə bir dövlət başçısı olaraq hörmətlə yanaşılır.
Sentyabr ayının 2- də İtaliyanın Çernobbio şəhərində “The European Hause – Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Formuna İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliyanın Nazirlər Şurasının sədri Mario Draqinin və “The European Hause – Ambrosetti” beyin mərkəzinin cənab Prezident İlham Əliyevi tədbirə dəvət etməsi yuxarıda qeyd olunanların təsdiqi üçün bir nümunədir.
Forumun plenar iclasında cənab Prezident İlham Əliyev “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmiş və tədbir iştrakçılarının müxtəlif sahələrə aid suallarına geniş məzmunlu cavablar vermişdir.
Cənab Prezident İlham Əliyev öz çıxışında Azərbaycanla İtaliya arasında mövcud olan əlaqələrdən bəhs etmiş, iki dövlət başçılarının və yüksək vəzifəli dövlət rəsmilərinin qarşılıqlı səfərlərin intensiv xarakter aldığını qeyd etmişdir. Cənab Prezident İlham Əliyev bildirmişdir ki,onun bundan öncəki İtaliya səfəri 2020 –ci ildə olmuşdur. O, əlavə etmişdir ki, bu tədbirə gələnə qədər İtaliya Prezidenti cənab Sercio Matterella və İtaliyanın Baş naziri cənab Mario Draqini ilə ikitərəfli görüşləri olmuş və müxtəlif sahələri əhatə edən məsələlər müzakirə edilmişdir. Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, dünən biz yalnız enerji və iqtisadi inkişaf məsələləri haqqında deyil,həm də təhsil barədə danışıqlar apardıq. O, əlavə etmişdir ki, dünən Azərbaycanın İtaliyadakı səfirliyin binasında İtaliya –Azərbaycan Universitetin yaradılması həsr edilmiş gözəl mərasim təşkil olundu. Cənab Prezident İlham Əliyev əlavə etdi ki, Azərbaycanın ADA Universiteti ilə italiyanın beş aparıcı universitetləri arasında əməkdaşlıq mövcuddur və bu da onu göstərir ki, bizim əlaqələrimiz çox genişdir və müxtəlif sahələri əhatə edir. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Avropa İttifaqına daxil olan ölkələr arasında Azərbaycanın enerji daşıyıcıları sahəsində ən çox əməkdaşlıq etdiyi dövlət İtaliyadır. O,bildirdi ki, keçmiş SSRİ respublikaları arasında Azərbaycan ilk dövlət olmuşdur ki, özünün hasil etdiyi neft və təbii qazı Avropa bazarına çıxarmışdır. Müstəqilliyini elan etdikdən üç il keçməmiş Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxarılması təmin edilmişdir. Ötən dövr ərzində Azərbaycanın hasil etdiyi neft və qazın Avropa bazarlarına birbaşa nəql edilməsi üçün infrastruktur yaradılmış və müxtəlif marşurutlar üzrə neft və qaz kəmərləri inşa edilərək , qısa müddətdə istismara verilmişdir. TANAP və TAP qaz kəmərinin çəkilişi ilə Azərbaycan qazının Avropanın bir neçə dövlətinə nəqli təmin edildi. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Avropanın Azərbaycan qazına tələbatı artırmışdır. Azərbaycan da öz növbəsində mövcud imkanları səfərbər edərək, Avropaya nəql edilən qazın miqdarını maksimum səviyyəyə çatdırmaq istiqamətində qətiyyətli addımlar atılmaqdadır. Avropaya nəql ediləcək qazın miqdarını artırmaq yollarından biri də alternativ enerji mənbələrindən istifadəni genişləndirməkdir ki, bu zaman həm ekoloji təmizliyə riayət olunur, müasir elmi yeniliklər Azərbaycana gətirilir, qənaət edilmiş təbii qaz Avropaya yönəldirilir və Azərbaycan Avropanın enerji təhlükəsizliyində yaxından iştrak etməklə yanaşı əlavə mənfəət əldə dir.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB