"Hərbi sənaye sahəsində bir çox layihələr mövcuddur" - HƏRBİ EKSPERT AÇIQLADI
“Sevindirici haldır ki, Azərbaycanda ADEX-2022 hərbi sənaye və hərbi sursatla bağlı sərgi keçirilir. Əgər hansısa ölkədə sərgi keçirilirsə, bu onun hərbi sənayesinin inkişafının göstəricisidir. Düşünürəm ki, artıq 4-cü dəfə Azərbaycanda bu sərgi keçirilirsə, bu onu göstərir ki, ölkəmizdə hərbi sənaye getdikcə inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bu həm də hərbi sənaye kompleksi inkişaf etmiş ölkələrin Azərbaycana olan marağının artırılmasının göstəricisidir: “Hər bir hərbi sahədə olan sərgi Azərbaycanın hərbi sənayesinin artmasına geniş imkanlar yaradır. Yəni, beynəlxalq aləmdə tanınmış hərbi sənaye komplekslərin Azərbaycana gəlib öz müasir məhsullarının gətirilməsi həmin sərgidə iştirak edən şirkətlərin Azərbaycan hərbi sənayesi ilə bilavasitə iş imkanlarını genişləndirir. Bu da hərbi sənayemizin daha sürətlə inkişaf etdirilməsindən xəbər verir”.
Şair Ramaldanov sözlərinə belə davam edib: “Qardaş Türkiyənin Azərbaycanla çox sıx texniki sahədə əməkdaşlığı var. Hərbi sənaye sahəsində Azərbaycanla Türkiyənin bir çox layihələri mövcuddur. Düşünürəm ki, bu layihələr hər iki ölkənin hərbi sahədə istehsal ediləcək məhsulların çoxluğu və müasirliyi ilə seçiləcək. Artıq Türkiyənin hərbi sənaye kompleksində istehsal olunan müasir silah və avadanlıq demək olar ki, dünyada tanınır. Nəzərə alsaq ki, 44 günlük Vətən müharibəsində Türkiyədə istehsal olunan bəzi silah-sursat, çoxlarına dillər əzbəri olan “Bayraktar TB2” Vətən müharibəsində sınaqdan keçərək bütün dünyaya nümayiş olundu”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB