Sentyabr ayında Qarabağda hansı siyasi yeniliklər ola bilər? - POLİTOLOQ AÇIQLADI
"Qarabağda başlıca yeniliklər bölgənin yenidənqurma işləri ilə bağlıdır. Restavrasiya işləri Qarabağın regionları üzrə innovativ layihələrin tətbiqi əsasında davam etdirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, hər bir rayonun və ya şəhərin öz resurlarına uyğun olaraq müvafiq regional mərkəzlər yaradılır: "Cəbrayıl rayonunun yeni beynəlxalq nəqliyyat yolunda mərkəz rolu nəzərə alınaraq logistika imkanları artırılır. Kəlbəcər rayonunun faydalı qazıntılarla daha zəngin olması, qızıl, xrom yataqları, civə ehtiyatları, ümumilikdə sənaye əhəmiyyətli resurlarının bu bölgənin hasilat və turizm mərkəzinə çevrilməsinə şərait yaradır. Ağdamın işğaldan əvvəl qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri üçün əlverişli zona olması hazırda burada sənaye mərkəzinin yaradılmasına zəmin yaradır. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Eyni zamanda yaxın perspektivdə Zəngəzur dəhlizinin də işləkliyinin təmin edilməsi üçün addımlar atılacaq. Bütün bu addımlar isə bütövlükdə regionun inteqrasiya imkanlarının dərinləşdirilməsinə səbəb olur ki, yaxın gələcəkdə qonşu dövlətlərin də inteqrasiya əlaqələrinin artmasının şahidi olacağıq".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB