YAP Tərtər rayon təşkilatında gənclərlə görüş keçirilib FOTOLAR
01 sentyabr 2022- ci il tarixində Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının Qərargahında Tərtər rayonu üzrə 2021-2022- ci il tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərmiş, ölkənin müxtəlif ali təhsil universitetlərinə qəbul olmuş bir qrup tələbə və onların valideyinləri ilə görüş keçirilmişdir. Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Rayon təşkilatının əməkdaşları iştirak etmişlər. YAP Tərtər rayon təşkilatının sədri bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə də təhsilə və onun inkişafına böyük diqqət yetirmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etmişdir. Ölkə başçısı Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Bu diqqətin nəticəsində ölkəmizdə təhsil sahəsində uğurlar daha da artmaqdadır. E.Əsədov çıxışında qeyd etdi ki, Tərtər rayonunda bu il abituriyentlərdən 6 nəfəri 600-dən, 20 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Görüşdə iştirak edən valideyinlər və tələbələr öz növbəsində ölkədə təhsilə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov tələbə adı qazanmış gəncləri təbrik edərək təhsil yollarında onlara uğurlar arzuladı. Sonda yüksək bal toplayan tələbələrə YAP Tərtər rayon təşkilatı adından hədiyyələr təqdim edilmişdir.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB