Müstəqil dövlətimizin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır ŞƏRH
Azərbaycandan ilk dəfə olaraq imperiya əsgərlərinin çıxarılması xarici dövlətlə sərhədlərin qorunmasının özümüzə qaytarılması Heydər Əliyev erasında tariximizə yazılan qızıl səhifələrdəndir. Əlbəttə ki, başqa maraqlı bir dövr də Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması ilə bağlıdır. Bu, olduqca mürəkkəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Həmin dövrə diqqətlə nəzər salsaq görərik ki, Ulu öndər Heydər Əliyev dahi bir dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin, necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu.
Ulu öndər Heydər Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən, XX əsrin sonlarında bunları proqnozlaşdırmağı, həmçinin, öz yeri və mövqeyini bu proseslərin içində müəyyənləşdirməyi dəqiqliklə bacarırdı. Eyni zamanda, Onun qəbul etdiyi şəxsi qərarlar bir növ Azərbaycan xalqının siyasi qərarlarına çevrilirdi. Ən əsası isə bu qərarlar uzaqgörən və məqsədyönlü, konkret hədəfə doğru istiqamətlənmiş olduğu üçün bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sentyabrın 3-də keçirilən fövqəladə sessiyasında deputatlar çıxış edərək bildirdilər ki, istər Azərbaycanda, istərsə də muxtar respublikada çox gərgin vəziyyət yaşanır. Ona görə də, bu ağır vəziyyətdə bizə elə bir rəhbər lazımdır ki, o öz müdrikliyi, nüfuzu, yüksək təşkilatçılıq qabiliyyəti ilə xalqı birləşdirə bilsin, muxtar respublikaya bacarıqla rəhbərlik etsin. Belə bir şəxsiyyət Azərbaycan xalqının yaxşı tanıdığı, sevdiyi, tək ölkəmizdə deyil, bütün dünyada böyük nüfuza malik olan Heydər Əliyevdir.
Ümumilli Liderimiz Naxçıvana gələr-gəlməz dərhal Naxçıvan MR Ali Sovetində Azərbaycanın bugünkü bayrağını və eyni zamanda, Azərbaycanın tarixi bayrağını 1918-20-ci illərdə dalğalanmış üçrəngli bayrağımızı, məhz, xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində ucaltdı. Bu addımın özü xalqın milli azadlıq hərəkatına yeni keyfiyyət, yeni ruh və optimizm gətirdi. Hesab edirik ki, bu da tariximizin yaddaqalan, maraqlı və gərəkli səhifələrindəndir. Ulu öndərin fəaliyyət sferası daha da genişlənməyə başladı
Ulu öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi, yəni, formal müstəqil deyil, həqiqi müstəqil dövlət kimi dünya miqyasında tanınmaqdadır. Ümummilli lider, Ulu öndər Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı , Müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük bir mücahid idi. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə Onun üçün, məhz, bu məqsədləri həyata keçirmək üçün bir mexanizm və vasitə idi. Ona görə də, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq, xalqımız var olduqca O, da yaşayacaqdır.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB