“Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüşü də çox ciddi, vacib və bir necə istiqamət üzrə məsələlər müzakirə olunacaq”. Bunu politoloq Anar Əliyev “Səs” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, xüsusilə dekabr, aprel və may aylarında keçirilmiş Brüssel görüşləri zamanı Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi ilə yadda qalacaq: “Çünki bildiyiniz kimi, dekabrın 14-dən başlayaraq Brüssel formatında Ermənistan və Azərbaycan liderləri arasında keçirilən görüşdən sonra Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi müxtəlif istiqamətli kommunikasiya, nəqliyyat əlaqələrinin qurulması ilə bağlı müəyyən irəliləyişlərə xidmət edilən addımlar atıldı. Xüsusilə, sərhədlərin delimitasiyası ilə məşğul olacaq komissiyanın yaradılması ilə bağlı razılığın əldə olunması, böyük sülh müqaviləsinin imzalanması istiqamətində xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsinin razılaşdırılması istiqamətində ilk görüşün keçirilməsi, eyni zamanda, Ermənistan-Azərbaycan arasında əlaqələrin qurulması ilə bağlı işçi komissiyanın çoxlu sayda görüşlərinin keçirilməsi və müəyyən məsələlərdə artıq razılıqların əldə olunması onu göstərir ki, bəli müxtəlif platformalarda, xüsusilə də, Brüssel formatında müzakirələr səmərəlidir”.
A.Əliyev təəssüflə onu da bildirdi ki, keçirilən hər üç görüş zamanı əldə olunmuş razılaşmaların pozulması istiqamətində bu günə qədər Ermənistan mümkün bütün addımları atıb: “Aprel ayının sonlarında Ermənistanda başlanan iğtişaşlar və müxalif qüvvələrin hakimiyyətə qarşı addımları Ermənistan hakimiyyətinin müəyyən qədər Azərbaycanla razılaşmalar istiqamətində addımların atılmasından çəkindirməklə yanaşı, həm də Ermənistan hakimiyyətinin əlinə sanki bir əsas vermiş oldu. Bundan sonra Ermənistan hakimiyyəti üzərinə götürdüyü bir sıra istiqamətli addımları, eyni zamanda, qanunsuz erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı və elə də Laçın dəhlizinə alternativ yeni yolu keçilməsi ilə bağlı Qarabağdakı separatçı şəxslər arasında narazılıq görüntülərinin genişləndirilməsi Ermənistanda bu istiqamətdə əks təbliğata start verilməsi onu göstərir ki, Ermənistan hakimiyyəti belə imkanlardan istifadə edərək Azərbaycanla münasibətlərin tənzimlənməsinin qarşısını almaq və ya bu prosesin mümkün qədər gecikdirilməsinə nail olmaq istəyir. Eyni zamanda, 10 noyabr Bəyanatının əsas tələblərindən biri olan Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsi ilə bağlı işlərin görülməsi istiqamətində bu günə qədər heç bir əməli addımların atılmaması da Ermənistanın üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşmadığını göstərir.
A.Əliyev qeyd etdi ki, Brüssel görüşündə Azərbaycanın əldə edəcəyi ciddi nəticələrdən biri də, qısa müddət ərzində Qarabağda qanunsuz hərbi birləşmənin və silahlı şəxsin çıxarılması ilə bağlı real addımların atılacağı olacaq: “Əks halda, Azərbaycan Prezidenti istənilən qanunsuz silahlı şəxsin Azərbaycan ordusunun legitim hərbi hədəfinə çevriləcəyini bəyan edəcəyi ilə yadda qalacaqdır. Avqust ayının əvvəllərində Azərbaycan dövlətinin Ermənistanı sülhə məcburetmə əməliyyatı kimi yadda qalan “Qisas” əməliyyatından sonra Ermənistan proseslərə daha real yanaşdı. Ermənistan bundan sonra real addımlar atmaqla üzərinə daha konkret öhdəliklərin götürülməsi bu görüşün əsas müzakirə ediləcək mövzularından biri olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB