Milli dövlətçiliyin düşməni ŞƏRH

Milli dövlətçiliyin düşməni ŞƏRH

Bu gün cəmiyyətdə müxtəlif dəyərlər sistemi formalaşsa da, onların heç biri ümumi dəyər anlayışına və bu anlayışın ecazkarlığına ləkə sala bilməyib. Doğulduğu, böyüdüyü və yaşadığı cəmiyyətdə heç bir önəmli uğur qazana bilməyən, iddiası qabiliyyətindən hədsiz dərəcədə böyük olan və bu iddia ilə tarix səhifəsində özünə ad qoymaq istəyənlərin tarixən bir yolu olmuşdur – mütləq əksəriyyətin ehtiram göstərdiyi dəyərlərə balta çalmaq. Bu yaramazlıq, şöhrətpərəstlik xəstəliyi, şəxsiyyətin natamamlığı və herostratlıqdır – dəyərləri məhv etməyə cəhdlə tarixdə ad qoymaq.

Azərbaycan siyasi tarixi belə insanları çox görüb, xüsusən ara xəlvət olanda meydan bu kimi insanların olub. Siyasi tariximizin belə meydan sulayanlarından biri olan Nemət Pənahlı sədri olduğunu iddia etdiyi partiya ilə, bir qərinədən çox zaman ərzində siyasi tariximizdə sür(ün)düyü həyatı ilə və hələ də yiyə dura bilmədiyi dili ilə cəmiyyətin gülüş obyektidir. Onun oynadığı faciəvi rol o qədər uzun olub ki, indi əsl komediya personajına çevrilib.
Nemət Pənahlı hansı məqamın və hansı dəyərin sahibidir ki, xalqın dəyərlərinə dil uzada bilsin?!Bu gün dünyaya günəş kimi doğan, yarandığı vaxtdan bu günə qədərki tarixində ilk dəfə Zəfər qazanan, dünyada qalib xalq kimi tanınan Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin dərin zəkası və uzaqgörənliyi ilə cızılan yol xəritəsinin nəticəsində formalaşıb. Bu gün Müzəffər Ali Baş Komandanın öz xalqı və qəhrəman ordusu ilə birgə yerinə yetirdiyi vəsiyyət məhz Ulu Öndər Heydər Əliyevin – Azərbaycanı daha güclü, xalqımızı daha xoşbəxt görmək istəyən bir şəxsiyyətin vəsiyyətidir.
Ümummilli Lider Heydər Əliyev xalqımız və bütün dünya azərbaycanlıları üçün bir dəyərdir. Bu dəyərə toxunanların cəzasını da elə xalqımız özü verməkdədir. Nemət pənahlılar bu gün xalqın onlara verdiyi cəzanı çəkirlər. Bu cəzaya görə onlar siyasi tariximizin zibilliyində öz ömürlərini sürməkdədirlər. Bu cəza ömürlükdür, çünki heç bir mənəvi haqqı olmadan dəyərlərə toxunanlar tarixin əbədi zülmətində qərq olurlar.
Milli Dövlətçilik Partiyasına sədrlik etmək dövlətçiliyə xidmət etmək anlamına gəlmir. Nemət Pənahlı öz hakimiyyət hərisliyi, kini və nifrəti ilə milliliyin və dövlətçiliyin düşmənidir.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri.

Bütün xəbərlər Facebook səhifəmizdə