Nemət Pənahlı tarixin yaddaşında qara ləkə olaraq qalır - REAKSİYA

Nemət Pənahlı tarixin yaddaşında qara ləkə olaraq qalır - REAKSİYA

İlqarİ lyasov
YAP Laçın rayon Təşkilatının sədri

Nemət Pənahlı kimi adamlar sovet imperiyasının süqutu dövründə yaranmış boşluqlardan yararlanaraq özünü cəmiyyətə sırımış diletantlardır. Bu adamın xalq, cəmiyyət, ölkə qarşısında heç bir xidməti olmasa da, imkan tapıb 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində pafoslu çıxışlar etməklə gündəmə gəlmiş, özünü “azadlıq aşiqi” kimi təqdim edə bilmişdi. O, “vətənpərvər” obrazı ilə maskalanaraq xarici havadarlarının maraqlarını təmin etməyi yaxşı bacardı. Siyasi savadsızlığı və bəlli bir mövqeyinin olmaması Nemət Pənahlının 30 ildən çox bir dövrdə öz yerində sayması ilə nəticələnib. Bu şəxs mütəmadi olaraq xaricdəki ağalarının havadarlığı ilə gündəmə gəlməyə çalışır və ya hansısa anti-Azərbaycan dairələrdən verilən təlimatları səsləndirməklə öz missiyalarını yerinə yetirmiş olur.

Nemət Pənahlının ən “fəal” vaxtları 90-cı illərin əvvəlləri olub. Bəs, o zaman nə işlə məşğul idi bu şəxs? Nemət Pənahlı o zaman kimlərin təlimatlarını yerinə yetirirdi? Əgər o da xalqdan biri idisə, nə üçün 20 Yanvar hadisələri zamanı xalqın arasında olmayıb? Çünki hadisələr baş verən zaman Nemət Pənahlı yenə də sifarişini icra etdiyi dairələrin qanadları altında gizlənmişdi. O dövrdə ölkənin ağır dönəmində xalqla birlikdə olmaqdansa, sadəlövh insanların etibarından sui-istifadə edib siyasi xal qazanmağı, bir müddət diqqətdə qalmağı bacardı.

Ancaq tez bir zamanda hadisələr Nemətlərin maskalarını cırdı. İndi belələrinin heç bir mənəvi haqqı yoxdur ki, çıxıb özünü “xalqın maraqlarından çıxış edən” biri kimi təqdim etsin. Xalq onsuz da kimin kim olduğunu çox yaxşı bilir. Nemət Pənahlı tarixin yaddaşında qara ləkə olaraq qalır və zaman onun yerini arxivin tozlu guşəsində müəyyənləşdirib. Bu gün Azərbaycan xalqı nemətlərin nağıllarına aldanmaq halında deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə