Qazaxıstan-Azərbaycan dostluq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır - Prezident

Qazaxıstan-Azərbaycan dostluq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır - Prezident

Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır.

SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü zamanı deyib.

Dövlət başçısı bildirib: "Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır.

Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir daha xoş gəlmisiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə