Türkiyə sülhü təmin edə biləcəkmi? - POLİTOLOQ AÇIQLADI

“Türkiyə Respublikasının Prezidenti Rəccəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Zelenski arasında keçirilmiş görüş bütün dünyanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Türkiyə Prezidenti bildirib ki, Türkiyə, Ukrayna, Rusiya arasında vasitəçi olmağa hazırdır. Düşünürəm ki, Türkiyə artıq Rusiya-Ukrayna müharibəsi fonunda vasitəçilik imkanlarını kifayət qədər geniş şəkildə təqdim edib”.Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloqun sözlərinə görə, bu cür vasitəçilik təşəbbüsü fevral ayında müharibə başlayanda Antalya diplomatik formunda Ukrayna Rusiya və Türkiyə dövlətlərinin Xarici İşlər nazirləri arasında görüş keçirildi: “Daha sonra İstanbulda Tayyib Ərdoğanla Rusiya-Ukrayna dövlətlərinin nümayəndə heyətləri arasında görüş oldu. Ukrayna taxılının dünya bazarına çıxarılması istiqamətində Türkiyə bir sıra addımlar atdı. Burada Birləşmiş Millətlər Təşkilatında iştirak etməsi təkidlə tələb olundu. Nəticədə Rusiya,Ukrayna, Türkiyə, BMT arasında imzalanmış razılığa əsasən bu gündə Qara dəniz vasitəsi ilə Ukrayna taxılı müxtəlif gəmilərlə danışır. Əsas məsələ müharibənin sonlandırılması və atəşkəsin əldə olunmasıdır. Bu istiqamətdə də Türkiyə öz vasitəçilik imkanlarını geniş şəkildə təqdim etməyə hazırdır. Nəticə də Türkiyə sülh təşəbbüsü ilə çıxış edən mühim geosiyası tərəf kimi fərqlənmək həcmindədir. Türkiyə həm də Qara dəniz hövsəsində Rusiya və Ukrayna ilə həmsərhəd dövlətdir. Məhz bu baxımdan qonşuluq arasında olan müharibənin sonlandırılması həm də Türkiyənin təbii haqqıdır. Həmçinin Türkiyə böyük bir corafiyada təhlükəsizliyin təmin olunması işində yaxından iştirak edir. Burada yaxın Şərqdən tutmuş Qafqazlara qədər bir ərazini əhatə edən Türkiyənin təhlükəsizlik arxitekturasına tövhələri mövcuddur eyni zamanda Ukrayna tərəfinin ilk günlərdən əsas vurğuladığı məsələ təhlükəsizlik zəmanətlərini verə bilən dövlətlərin mövcudluğuna ehyamdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə