“Ermənistan dərin iqtisadi böhran mərhələsindədir" - POLİTOLOQ AÇIQLADI

“Ermənistan bu gün dərin iqtisadi böhran mərhələsinə qədəm qoyub. Dünya iqtisadi sistemində qlobal böhranın baş verməsi Ermənistan iqtisadiyyatına da güclü təsir göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, uzun illərdi geriləmə halları baş verən Ermənistanda bu gün vəziyyətin daha da ağırlaşdığının şahidiyik: “44 günlük müharibə nəticəsində Ermənistan ordusuna vurulan zərbə və bunun nəticəsində ölkədə həm maliyyə sıxıntılarının, həm də iqtisadi inkişaf göstəricilərinin pisləşməsi bu gün əlahinin maddi gözəranında özünü aydın şəkildə büruzə verir. Ermənistan kiçik bir ölkədir. Onun çoxşaxəli iqtisadiyyatı yoxdur. Xüsusilə ağır sənaye sahəsi fəaliyyət göstərmir. Bunun nəticəsidir ki, iş yerləri də kifayət qədər deyil və mövcud iş yerləri də bəzi hallarda ixtisara düşüb. Kiçik müəsisələrin bağlanması nəticəsində iş yerlərinin sayı xeyli azalıb. Ermənistanın inkişafı üçün lazım olan şərtlərin ən mühümü Azərbaycanla sülh sazişinin bağlanması, Türkiyə ilə sərhədlərin açılması və Azərbaycanla bağlanan sülh sazişi ilə bağlı kommunikasiyaların açılması ola bilərədi. Lakin Ermənistan tərəfinin radikal millətçiliyi və bu məsələlərə biganə münasibəti nəticəsində iqtisadi əlaqələri demək olar ki, çox zəif inkişaf edir. Türkiyə və Azərbaycanla sərhədlərin hələ də açılmaması Ermənstanın vəziyyətini daha da pisləşdirir. Bu onların inadkarlığı ucbatından baş verib. bu gün həmin inadkarlığı göstərən dövlət kommunikasiya əlaqələrini, dəmiryolu əlaqələrini bərpa edə bilər. Təbii ki, bu sülh müqaviləsinin imzalanması nəticəsində mümkün ola bilər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə