Ermənilərin yaydığı dezinformasiyalar nə ilə nəticələnəcək? - MİLLƏT VƏKİLİ AÇIQLADI

“Ermənilərin öz mətbuat orqanlarında Azərbaycana qarşı dezinformasiyalar yaymağı tamamilə təbii bir haldır. Düşmən əlbəttə ki, bu cür rəftar etməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Millət vəkilinin sözlərinə görə, ermənilər dünyada elə bir təbliğat qurmuşdular ki, hətta Amerika konversiyasi 9.7 maddəsini qəbul etmişdirlər: “Bu maddədə söhbət ondan gedirdi ki, guya azərbaycanlılar ermənilərə hücum edərək, onları öz ərazilərindən deportasiya edirlər. Lakin biz 44 günlük müharibə zaman təkcə hərb sahəsində deyil, eyni zamanda informasiya sahəsində də qələbə qazandıq. Cənab Prezidentin müxtəlif dillərdə dünya mətbuatına verdiyi müsahibələr bu istiqamətdə və qələbəmizdə çox böyük rol oynadı. Ümumilikdə Ermənistanın dezinfromasiyaları həmin dövrlərdə darmadağın edildi. Təbii ki, ermənilər bu dəqiqə daxili auditoriya üçün antiazərbaycan təbliği edirlər. Azərbaycan dövlətinin və orudusunun gücü isə bugünkü gün çox böyük rol oynayır. Ermənilər hər bir halda səhv edirlər. Amerikaya, Fransaya arxalanaraq bu kimi əməllər törədirlər. Hesab edirəm ki, ədalət və xalq bizim tərəfimizdədir və biz qalib gələcəyik”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə