YAP Biləsuvar rayon təşkilatında tədbir keçirilib FOTOLAR

Avqust ayının 12 - də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı rayonun Heydər Əliyev Mərkəzində ərazi partiya təşkilat nümayəndələrinin iştirakı ilə yığıncağ keçirdi. Tədbirdə YAP rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon təşkilatı aparatının əməkdaşları və ərazi partiya təşkilat sədrlərinin bir qrupu iştirak edirdi. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı cari ilin ötən dövrü ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə məlumat verdi. O, çıxışında ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisə və proseslərdən, partiyanın ötən dövr ərzində qazandığı uğurlardan və artan nüfuzundan bəhs etdi. Bildirdi ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisinə nail olmaqdan ötrü həyata keçirilən daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla icra olunur. Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin inkişafındakı xidmətlərindən danışan K.Qurbanlı VII Qurultaydan ötən dövr ərzində partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısında qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən söz açdı. Qurultaydan ötən dövr ərzində Rayon təşkilatında həyata keçirilmiş tədbirlərin və görülmüş işlərin nəticəsi olaraq nailiyyətlər əldə olunmaqla yanaşı, nöqsan və çatışmazlıqlarında mövcud olduğunu bildirdi. K.Qurbanlı YAP rayon təşkilatının qarşısında duran vəzifələr və bu vəzifələrin icrasından ötrü həyat keçirilməli olan tədbirlər barədə danışdı. Səmimi diskussiya şəraitində keçən yığıncaq, iştirakçıların çıxışları ilə davam etdirildi.Tədbirin sonunda yığıncaq iştirakçılarına gələcək siyasi fəaliyyətlərində uğurlar arzu edildi.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə