Brüssel görüşündən GÖZLƏNTİLƏR – TƏHLİL

Üçtərəfli bətanatın imzalanmasından, Nikol Paşinyanın kapitulyasiya sənədinə imza atmasından il yarımdan çox, az qala iki ilə yaxın vaxt keçir, amma hələ də Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə əmək etmir, bunu uzatmaqla nəyə isə ümid edir. Təbii ki, imzalanan sənədlərdən sonra Ermənistanın hansısa başqa çıxış yolu qalmır və gec-tez öz öhdəliklərini yerinə yetirmək məcburiyyətindədir. Bunu ermənilər anlayışla qəbul etməsələr də bütün dünya çox yaxşı başa düşür və Ermənistan tərəfindən də həm gözləntiləri, həm də tələbləri budur.

Dəfələrlə şahidi olmuşuq ki, tərəflərin, yəni Azərbaycan və Ermənistan tərəfinin razılığa gəlməsi, daha doğrusu ermənilərin vədlərinə əməl etməkdən boyun qaçırmamaları üçün Avropa Şurası öz səylərini əsirgəməyib. Hətta görüşlərin təşkil edilməsinə də nail olub və Ermənistan tərəfinin öz öhdəliklərinə əməl edilməsi barədə dəfələrlə xatırlatma edilib. Hər dəfə ermənilər görüş zamanı vədlər versələr də, görünən odur ki, hələ də vaxtı uzatmaqla nəyə isə nail olacaqlarına ümid edirlər. Ola bilsin ki, suda boğulan saman çopünə əl atdığı kimi, ermənilər də vaxtı uzatmaqla, öhdəliklərinə əməl etmələrini gecikdirməklə nəyə isə nail olacaqlarını zənn edirlər, amma bərk yanılırlar.

Maraqlıdır, bu qədər vaxt ərzində bütün dünyanın diqqət mərkəzində olan məsələlər erməniləri heçmi yuxudan ayıltmadı? Görmədilərmi, dərk etmədilərmi ki, artıq yalanları ayaq tutub yerimir və beynəlxalq hüququn norma və prinspləri əsasında onlardan öhdəliklərinə əməl etmələri tələb edilir? Bu qədər görüşlərin təşkil edilməsi onlardan normal, qanunauyğun hərəkətlər gözlənildiyini təsdiq etmirmi və bunu dərk etmək ermənilər üçün çoxmu çətindir? Məsələ burasındadır ki, Ermənistan tərəfi görməməzliyə vursa da, vurmasa da hadisələrin gedişi onu göstərir ki, danışıqların ruhuna uyğun olaraq bütün dünya bu edilməsi lazım olan hərəkətləri gözləyir. Yəni, ermənilərin öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq kimi bir şansları da yoxdur və bunu nə qədər tez anlasalar özləri üçün də bir o qədər yaxşı olar.

Onu da diqqətə çatdıraq ki, daxilindəki çəkişmələr, qarşıdurmalar, hətta toqquşmalar fonunda Ermənistan tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirmək, məsələlərini həll etmək iqtidarında deyil. Sanki heç nəyə gücü çatmır bu ölkənin. Hətta bu ölkənin acizliyi də diqqətdən yaınmır. Buna baxmayaraq öhdəlik yerinə yetirilməlidir və bu onlar üçün nə Paşinyanın verdiyi vəd deyil, nə də ondan əvvəlkilərin boş-boş danışıqları. Elə bunu onlara anlatmaq üçün də bu zamana qədər dəfələrlə görüşlər təşkil edilir və bu ölkənin nə etməli olduğu yadına salınır. Brüssel görüşləri də bu qəbildən olan görüşlərdir ki, bunu Ermənistan tərəfi əslində anlamalı, üzərinə düşənin öhdəsindən gəlməyə çalışmalıdır. Ən azından həmin ölkənin hakimiyyəti buna iradə nümayiş etdirməlidir, amma bunun əksi müşahidə olunur.

Göründüyü kimi, Brüssel görüşlərinin təşkil edilməsi əbəs yerə deyil. Avropa İttifaqının müəyyən məsələlərdə nəticə əldə etməyə çalışdığı da göz önündədir. Bir-birinin ardınca görüşlər təşkil edilməsində məqsəd yenə də işğalçı tərəfə bəzi məqamları, onların yerinə yetirmələri vacib olan məsələləri yadlarına salmaq, hətta bunun icrasını belə tələb etməkdir. Əks halda bu qədər görüşlər, beynəlxaq platformalar təşkil edilməzdi. Görəsən, bunu ermənilər gec də olsa anlayıblarmı və bundan dərs çıxarmaq niyyətləri varmı? Məhz bu sual ətrafında düşündükdə adama elə gəlir ki, növbəti dəfə Brüsseldə keçiriləcək görüşün nə dərəcədə məhsuldar olacağını söyləmək olduqca çətindir, amma bacibliyi də danıla bilməz.

Hər dəfə keçirilən görüşlərdə olduğu kimi, Ermənistan tərəfi bu dəfə də hansısa nəticə hasil etməyə, yubanmalarının onlar üçün nə qədər ağır nəticələr vəd etdiyini anlamaya bilər, amma Azərbaycan tərəfinin öz mövqeyindən geri çəkilməyəcəyi indidən bəllidir və onların bunu nəzərə almaları çox vacibdir. Ermənistan tərəfi dərk etməlidir ki, Azərbaycan öz tələbərindən vaz keçmək fikrində deyil. Əksinə, ölkəmiz öz tələblərini daha sərt şəkildə bəyan etməkdədir və bunun qarşısını alacaq heç bir səbəb və bəhanə ola bilməz. Brüssel görüşündə də Azərbaycanın öz tələblərində israrlı olacağı zərrə qədər də şübhə doğurmur və Qarabağdakı separatçıların tərksilah olunması, ərazimizi tərk etməsi tələb olaraq yenə də qarşıya qoyulacaq.

Torpaqlarımızda əlisilahlı dəstənin olması, mövcudluğu bizim üçün qəbuledilməzdir. Artıq ermənilərin hansısa əlisilahlısına bizim torpağımızda ağlına gələni etmək, təxribatlar, terror törətmək imkanı verilməyəcək. Heç bir əlisilahlı, ələlxüsus erməni əsilli terrorçiya güzəşt edilməyəcək və onlar torpaqlarımızı tərk etməlidirlər. Əks halda aqibətləri daha dəhşətli, daha ağır ola bilər. Ermənilərin, erməni separatçı-terrorçuların son təxribatlarına cavab olaraq Azərbaycan tərəfinin “Qisas” adlandırdığı əməliyyatı keçirməsi və qarşı tərəfi yerində oturtması təsdiq edir ki, ermənilər bundan dərs çıxarmasalar növbəti dəfə yenə də itgilərlə üzləşməli olacaqlar və onların sığınacaq yerləri də yoxdur.

Azərbaycan bu dəfə də Brüsseldə öz tələblərini kəskin şəkildə qoyacaq. Bunun üçün ehtiyat ediləcək nə bir məqam var, nə də çəkiniləcək məsələ. Ölkəmiz beynəlxalq hüquqa zidd heç bir addım atmaylb, atmır və atmayacağını da bəyan edir. Əksinə, bəyan edilir ki, Azərbaycan ərazisində hərhansı silahlı dəstəyə, separatçı-terrorçu qruplaşmaya terror törətmək, təxribatlara belə yol açmaq imkanı və şansı verilməyəcək. Biz öz torpaqlarımızı işğaldan azad etdiyimiz, ərazi bütövlüyümüzü bərpa etdiyimiz, qoruduğumuz kimi, həmin torpaqlarda təhlükəsizliyin təmin edilməsi üçün istənilən əməliyyat keçirməkdə haqlıyıq və qanuna zidd heç bir hərəkətə yol vermirik. Öz ərazilərimizin separatçılardan, terrorçulardan və təxribatçılardan təmizləmək kimi bir haqq və hüququmuz var və bizim bu hüququmuz beynəlxalq müstəvidə də tanınır, qəbul edilir. Heç şübhəsiz ki, bu dəfə də Brüsseldə keçiriləcək görüş zamanı bu məqamlar ermənilərə bir daha xatırladılacaq.

Həmçinin kommunikasiya ilə bağlı məsələlərin də səsləndirilməsi gözlənilir. Çünki kommunikasiya vasitələri açılmalıdır və bunun əksini düşünmək belə olmaz. Azərbaycan bu məsələdə də israrlıdır. Ermənistan tərəfindən bu məsələyə ciddi yanaşması dəfələrlə tələb olunub da. Avropa İttifaqı üçün də bu, çox vacib məqamdır. Belə olan halda, Brüssel görüşündə bu məsələnin də, yəni kommunikasiyaların açılma məsələnin də gündəmdə olacağı barədə əminliklə demək olar.

Sülh danışıqlarının da müzakirə olunacağı şübhə doğurmur. Ona görə ki, Avropa İttifaqının belə görüşləri təşkil etməkdə məqsədi Azərbaycan və Ermənistan arasında çoxdandır ki, görmədiyi sülhün olacağını görmək arzusudur. Dünya ölkələrinin hamısı barədə bunu demək mümkün olmasa da, hansısa beynəlxalq təşkilatın Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olduğunu cəsarətlə söyləyə bilərik, çünki müharibə şəraiti onlar üçün arzuolunmazdır. Bu baxımdan da Azərbaycanla Ermənistan arasında bağlanılması gözlənilən sülh müqaviləsinin Brüsseldə müzakirəyə çıxarılacağını da söyləmək olar. Sülh danışıqlarının baş tutması üçün isə əlbəttə ki, ilk növbədə sərhədlərin delimitasiyası, demarkasiyası olmalıdır. Bunlar olmadığı təqdirdə hansısa sülhdən danışmaq gülünc səslənərdi. Bu nöqteyi nəzərdən sərhədlərin delimitasiyası və demarkasiyasının da müzakirə olunacağı şübhə doğurmur.

Göründüyü kimi, Ermənistan tərəfi artıq əməli addımlara keçməli, verdiyi vədlərə əməl etməlidir və bunu bütün dünya gözləyir. Brüsseldə bu dəfə də görüş təşkil edilməsi bunu təsdiq edir. Təsdiq edir ki, Avropa İttifaqı da Ermənistan tərəfinin əməli addımlar atmasını istəyir. Bu zamana qədər vaxt uzatmalarının, hadisələri yubatmalarının heç bir faydası olmadığı bu dəfə də ermənilərə Brüsseldə xatırladılacaq. Xatırladılacaq ki, rəsmi Bakı boş vədlər deyil, əməli addımlar gözləyir və bu məsələdə haqlıdır da.

Sözsüz ki, Ermənistanın hansısa əməli addımlar sərgiləmədiyi təqdirdə, verdiyi vədlərinə əməl etmədiyi halda adekvat addımlar atmaqda Azərbaycan haqlı sayılır. Bunun da ermənilərə xatırladılması gərəkir və çox güman ki, bu barədə də bildiriləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə