Konya səfərində hansı məsələlər müzakirə olunub? - POLİTOLOQ AÇIQLADI

“ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyəyə səfər edib. Səfər çərçivəsində Ali Baş Komandan Türkiyə Prezidenti Rəccəb Tayyib Ərdoğanla görüşüb. Görüş zamanı qlobal aspektdə mühim əhəmiyyət kəsb edən məsələlərlə bağlı fikir müdailəsi aparılıb. Xüsusilə qeyd etmək lazımdır ki, Vətən müharibəsindən sonra Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni müstəviyyə qalxıb və bu xüsusda işğaldan azad olunan mədəniyyət paytaxtımız Şuşada Türkiyə ilə Azərbyacan arasında imzalanmış mütəffiqlik bəyənnaməsinin böyük rolu vardır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloqun sözlərinə görə, bu bəyənnamə əsasında Azərbaycanla Türkiyə arasında olan münasibətlər hərbi mütəfiqqlik müstəvisinə qalxır və artıq təhlükəsizlik sahəsinin qorunmasında müdafiə sənayəsi sahəsində əməkdaşlığın gücləndirilməsində Türkiyə və Azərbaycan birgə addımlayır: “Bu böyük bir corafi oreyalda təhlükəsizlik seqmentinin gücləndirilməsinə xidmət edən birgə dostluq və qardaşlıq addımlarıdır. Həmçinin iqtisadi, siyasi, enerji, nəqliyyat sahəsində də münasibətlər hər keçən gün inkişaf edir. İqtisadiyyat sahəsində də ticarət dövriyyəsinin genişlənməsi ilə bağlı praktik addımlar atılır. Nəqliyyat sahəsində Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütün Türk dünyası üçün böyük perspektivlər formalaşdıracaq. Burada Azərbaycanla Türkiyə aparıcı rola malik olacaq. Mərkəzi Asiyada olan türk dilli dövlətlərdə son dövrlər Azərbaycana böyük marağ göstərirlər. Burada Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Cənab Prezident Özbəkistana səfər edərkən qalib sərkərdə kimi qarşılanmışdır və bu elementlər bütün Türk dünyasının inteqrasiyasına və güclənməsinə xidmət edir. Türkiyənində güclənməsi bütün Türk dünyası üçün bir uğur kimi dəyəndirilir. Türkiyə böyük bir corafiyada təhlükəsizliyin qorunmasında iştirak edir və vətən mühairbəsində Azərbaycanın qazandığı tarixi qələbə də türk dünyasının uğurlarına şamil edildi. Enerji sahəsindəki əməkdaşlıqda çox yüksək səviyyədədir. Neft və qaz sahəsində işlənən lahiyələr və onların icra olunması həm də dünya bazarlarında enerjiyə olan tələbatın ən yüksək həddə olduğu bir dönəmdə baş verir və burada Azərbaycan çox fəal bir şəkildə karbohidrogen ehtiyatları nəqli işinə diqqət ayırır. Azərbaycanla Türkiyə arasında olan münasibətlər həm də təbii qardaşlıq və dostluq münasibətləridir. Bu münasibətlərin inkişaf etdirilməsi istiqamətində Azərbaycan və Türkiyə liderləri böyük iş icra edirlər. Bu xüsusda cənab Prezident İlham Əliyev ilə Tayyib Ərdoğan arasında möhkəm qardaşlıq münasibətlərinin olması xalqların təhlükəsizliyin qorunması və rifah halının gücləndirilməsi baxımından da mühim əhəmiyyət kəsb edir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə