YAP Tərtər rayon təşkilatında gənclərlə görüş keçirilib FOTOLAR

09 avqust 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının və rayon icra hakimiyyəti yanında yaradılmış İctimai şuranın birgə təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının Qərargahında rayon məktəbləri üzrə 2021-2022-ci il tədris ilini medal və fərqlənmə attestatı ilə bitirən bir qrup məzunla görüş keçirilib. Görüşdə rayon təşkilatının sədri Eldar Əsədov orta məktəbi medal və fərqlənmə attestatı ilə bitirən məzunları təbrik edib, onlara gələcək təhsillərində və şəxsi həyatlarında uğurlar arzuladı. Onların seçdikləri ixtisas üzrə təhsillərini uğurla başa vurub, vətənimiz Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda fəal vətəndaşlıq nümunəsi göstərmələrini tövsiyə etdi.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...