Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib.

SİA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə təkbətək, daha sonra isə heyətlərarası görüş keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə