"Makronun zəng etməsi bölgədə gedən son proseslərlə əlaqədardır" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi bölgədə gedən son proseslərlə əlaqədardır". Bu fikirləri SİA-ya siyasi ekspert Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağdan qanunsuz erməni hərbi birləşmələrinin çıxarılmasında qətiyyətlidir, bununla bağlı heç bir tərəfə güzəşt olunmayacaq: "Yaxın bir ay ərzində qanunsuz erməni terrorçuları Qarabağı tərk etməsə Azərbaycan genişmiqyaslı anti-terror əməliyyatlarına başlaya bilər. Görünür ki, Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları da bu əməliyyatlarda neytral mövqedə duracaq. Bunu nəzərə alan Ermənistan Azərbaycanın son əməliyyatlarından sonra ciddi təlaş içərisindədir, vəziyyətin ciddiliyini artıq dərk edir, Paşinyanın son açıqlamasından da bunu hiss etmək mümkündür, ona görə üzünü qərbə, əsas havadarlarından olan Fransaya tutub. Fransa Qarabağda yaşayan erməni sivil əhalisinin guya hüquqlarını qoruyan bir ölkə rolunda çıxış etməyə çalışır, çox güman ki, iki dövlət başçısının telefon danışığında bu məsələlər müzakirə olunub".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə