“Artıq davamlı hal alan və bir neçə gündür davam edən erməni təxribatlarının məsuliyyətini birbaşa olaraq Ermənistanın hərbi və siyasi rəhbərliyi daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, burada əsas məqsəd bölgəyə beynəlxalq və müasir münasibətlər sisteminin güc mərkəziləri cəlb olunsun və bununla da bir beynəlxalq təhlükəsizlik zəmanəti yaransın: “Başqa sözlə desək, Ermənistan tərəfi belə hesab edir ki, hazırda bu təxribatların davam etməsi ilə atəşkəs rejiminin pozulması onların əlində sülh sazişindən yayınmaq üçün şansdır. Ermənistanın ordusunda kifayət qədər Rusiyaya bağlı hərbi rəhbərlik qalmaqda davam edir və indiki şəraitdə sülh sazişinin imzalanmasında maraqlı olmayan Rusiyada həmin təxribatların davam etməsində maraqlı tərəf kimi görünür. Daha bir maraqlı tərəfdə hələ də Rusiyanın sülhməramlılarının zonasında olan separatçı qurum və erməni hərbi birləşmələridir. Onların da davamlı təxribatlarının məqsədləri ondan ibarətdir ki, bütün dünyaya təhlükəsizlikləri olmadığı fonunu yaratsınlar və nəticə etibarilə Rusiyanın bölgədə daha uzunmüddətli qalmasını təmin etsinlər. Bu təxribatların bitməsi üçün yeganə şərt sülh sazişinin imzalanmasıdır. Azərbaycan tərəfinin də hal-hazırda əsas məqsədi beynəlxalq təşkilatlara Ermənistana təzyiq etməsi üçün çağırışların olunmasıdır. Əgər sülh sazişinin imzalanmasına nail olunmasa, bu kimi təxribatların sayı artacaq. Həmçinin, ermənilər öz üzərlərinə götürdükləri heç bir öhdəlikləri yerinə yetirməyəcək. Sərhədlərin delimitasiya və demakrasiya proseslərindən də yayınacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB