Prezident İlham Əliyevin təhsil siyasəti ölkəmizin parlaq gələcəyinə hesablanıb TƏHLİL
“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı bunun təsdiqidir
Prezident İlham Əliyev «Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» 28 iyul 2022-ci il tarixli Fərman imzalayıb. Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer alıb. AMEA-dan SİA-ya bildirilib ki, istər müasir dünyanın çağırışları, istərsə də ölkənin yeni sosial-iqtisadi reallıqları kontekstində strateji əhəmiyyətə malik elm və təhsilin müasir tələblər səviyyəsində inkişafı baxımından Fərman olduqca mühüm əhəmiyyətə malikdir. Fərmana əsasən, Təhsil Nazirliyi bundan sonra Elm və Təhsil Nazirliyi adlandırılacaq. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilir. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır. Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev-Muzeyi əmlakları ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Elm və Təhsil Nazirliyi bu Fərmana əsasən, tabeliyinə verilən qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini altı ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək. Azərbaycan Milli Elmlər Akademiyası bu Fərmana əsasən, Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək. Bəli, bu gün Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana görə, Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Və sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni nazirliyə həvalə edilib.
İsa Həbibbəyli: “Son dəyişiklik AMEA-nın işinin tənzimlənməsinə xidmət edəcək”
Yeni Fərmanla bağlı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi və Elm və Təhsil Nazirliyinin yaradılması haqqında fərmanı elmin və təhsilin yeni mərhələyə çatdırılması, qarışıqlı inteqrasiyası baxımından atılmış islahat yönümlü çox mühüm bir addımdır. Belə ki, dünyada Elm və Təhsil Nazirliyinin yaranması təcrübəsi artıq genişlənməkdədir. Hətta inkişaf etmiş ölkələrdə bir nazirliyin statusunda və ya əhatə dairəsində yaxın istiqamətlərin birləşdirilməsi indiki dövrün reallığıdır. Çünki artıq isbat olunub ki, bir-birinə yaxın olan sahələrin qarşılıqlı inteqrasiyasına nail olmadan real elmi nəticə əldə etmək mümkün deyil. Buna görə də bizim ölkəmizin reallığı da elm və təhsilin qarışılıqlı surətdə əlaqələndirilməsinin, həm elmin, həm də təhsilin inkişafı baxımından zəruri hesab edir. Fərmanada, eyni zamanda AMEA-nın statusunun saxlanılması, onun tabeliyində bir sıra institutların fəaliyyət göstərməsi və müəyyən istiqamətləri də göstərilmişdir. Və bu gün sosial şəbəkələrdə akademiyanın bağlanması haqqında yersiz söz-söhbətlərə son qoyulmalıdır. Çünki AMEA yeni strukturda, yeni hədəflər əsasında bundan sonra öz fəaliyyətini davam etdirəcəkdir. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası elmin əlaqələndirmə şurasını, problem şuralarının idarə olunmasını bundan sonra da davam etdirəcək, həqiqi və müxbir üzrə seçkilərinin keçirilməsi səlahiyyətləri də akademiyaya daxildir. Bütövlükdə, Prezident İlham Əliyevin imzaladığı bu fərman elm və təhsil sahəsində yeni islahatlara başlanılmasını tələb edir. Və Milli Elmlər Akademiyasının və elm və təhsil nazirliyinin kollektivi dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin məsuliyyətini dərindən dərk edir, öz işini fərmandan irəli gələn tələblər istiqamətində öz işini quracaq. Bundan əlavə, ölkəmizdə elm və təhsilin qarşılıqlı şəkildə inteqrasiya olunmasına şərait yaradacaq. Nəticə etibarilə, Azərbaycanda elm və təhsil daha da inkişaf edəcək.
“Yeni format yeni liderlər yetişdirəcək”
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi və kollektivi ölkədə elm və təhsilin inteqrasiyasının yeni mərhələyə qədəm qoyması baxımından geniş imkanlar açan Fərmana görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. Bu barədə AMEA-nın yaydığı açıqlamada qeyd olunub. Məlumatda bildirilib ki, Prezident İlham Əliyevin Fərmanı elm və təhsil ictimaiyyəti qarşısında yeni vəzifələr müəyyənləşdirir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərman imzalamışdır. Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer almışdır. İstər müasir dünyanın çağırışları, istərsə də ölkənin yeni sosial-iqtisadi reallıqları kontekstində strateji əhəmiyyətə malik elm və təhsilin müasir tələblər səviyyəsində inkişafı baxımından Fərman olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, müasir dövrdə bütün istiqamətlərdə həyata keçirilən strategiyaların, cəmiyyətin inkişafına təsir edən siyasi, sosial-iqtisadi, mədəni, meqalayihə və konsepsiyaların, innovasiya ekosistemlərinin əsasında, istisnasız olaraq, elmin və təhsilin inkişafı, o cümlədən yüksəkhazırlıqlı kadr potensialı dayanır. Odur ki, ölkədə yeni reallığın yarandığı hazırkı şəraitdə elmi potensialın inkişafı strateji əhəmiyyət daşıyır. Bir sözlə, Fərman respublikanın elm və təhsil ictimaiyyəti qarşısında yeni, olduqca mühüm vəzifələr müəyyənləşdirir. Vəzifəsindən, yaşından asılı olmayaraq respublikanın elm və təhsil sahəsində çalışan əməkdaşları bu vəzifələrin həyata keçirilməsi üçün bütün səylərini, intellektual potensialını, inzibati-təşkilati, mənəvi-ideoloji resurslarını birləşdirməli, cənab Prezidentin rəhbərlik etdiyi dövlət siyasətinin həyata keçirilməsində daha yaxından iştirak etməlidirlər. AMEA-nın rəhbərliyi və kollektivi ölkəmizdə elm və təhsilin inteqrasiyasının yeni mərhələyə qədəm qoyması baxımından geniş imkanlar açan bu Fərmana görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirir.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB