Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda islahatlar kursu davam etdirilir və bu islahatlar bütün sahələri əhatə edir. İnstitusional islahatlarla yanaşı kadr islahatları da davamlı olaraq aparılır. Kadr islahatları islahatlar kursunun tərkib hissəsi olmaqla ən mühüm sahəsi sayıla bilər. Çünki həyata keçirilən islahatların keyfiyyəti insan faktorundan, o cümlədən icra prosesində iştrak edən kadrların mənəvi keyfiyyətlərindən, peşəkarlıq səviyyəsindən asılıdır. Məhz bu səbəbdən cənab Prezident İlham Əliyev islahatlar kursunu paralel şəkildə həyata keçirir, kadr islahatına önəm verir. Ən yüksək səviyyədə kadr islahatı davamlı olaraq aparılır, yeni kadrlar vəzifəyə gətirilir və təyin edilən kadrlar qarşısında tələblər qoyulur, köhnə kadrların yol verdikləri nöqsanlar, yol verdikləri səhvlərə görə aldıqları cəzalar onlara xatırladılır ki, işlərinə daha məsuliyyətli yanaşmaqla, tutduqları vəzifələrin tələblərinə uyğun fəaliyyətlərini qursunlar və qanunların aliliyinə riayət etməklə vətəndaş məmunluğunu təmin etsinlər.
Cənab Prezident İlham Əliyev yeni təyin etdiyi icra başçılarına öz tapşırıqlarını verdi və bildirdi ki, ilk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır. Bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq.
Cənab Prezident bildirdi ki, fəaliyyətinizdə sosial ədalət prinsipinə əməl etməlidir. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi. Cənab Prezident hər zaman bildirir ki, məmur xalqın yanında olmalı, onların problemlərini həll etməlidir.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB