Qax rayonunda şəhid Fərid Dursunovun xatirəsi anılıb FOTOLAR

Qax rayonunda şəhid Fərid Dursunovun xatirəsi anılıb FOTOLAR

YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri II Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Dursunov Fərid Fazil oğlunun şəhadətdəki doğum günü ilə əlaqədar məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmiş, ruhuna dualar oxumuşlar.Daha sonra tədbir iştirakçıları şəhid Dursunov Fərid Fazil oğlunun ailə üzvlərini ziyarət etmiş, onlara dərin hüznlə başsağlığı vermişlər. Şəhidin valideynləri göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə