İyulun 27-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.
İclasda YAP Mərkəzi Aparatının və yerli təşkilat aparatlarının maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin aparılmasına dair Təlimat və digər cari məsələlər müzakirə olunub.
YAP Təftiş Komissiyasının üzvləri – Nizami Səfərov, Elman Nəsirov, Aydın Hüseynov, Həsən Həsənov, Musa Musayev, Naqif Həmzəyev və Məlahət İbrahimqızı gündəlikdə duran məsələlərə münasibət bildiriblər.
Gündəliyə çıxarılan məsələlərin hər biri təsdiq olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB