Hraparak: “Bəs 44 günlük müharibə, son dərəcə uğursuz xarici siyasətin üzünü xilas etmək üçün çıxılmaz, konspirativ və biabırçı cəhd, böyük bir aldatma deyildisə, nə idi?”
Ermənistanın “Hraparak” qəzeti diqqət çəkən məqama toxunub. Nəşrin yazdığına görə, Ermənistan və Azərbaycan XİN rəhbərləri Ararat Mirzoyan və Ceyhun Bayramov artıq ATƏT-in Minsk qrupunun həmsədrləri olmadan görüşürlər və maneə aradan qaldırılıb.
Lakin adıçəkilən erməni nəşri onu da yazır ki, bu reallıq Bakının Ermənistana barmaq silkələməsinə, daha dəqiq desək, legitimliyə əsaslanan yeni müharibə hədəsinə, hətta Zəngəzuru azad etməsinə mane olmur, eləcə də bir sıra məqamlarda geniş şərait yaradır.
Erməni nəşri: “Erməni diplomatiyası uğur qazansaydı, bəlkə də müharibə başlamazdı”
Lakin həqiqət budur ki, “Hraparak” daha bir reallığı da yazıb və qeyd edib ki, məğlub olan diplomatiya ilə heç bir müharibəni dayandırmaq və ya əngəlləmək olmaz. SİTAT: “44 günlük müharibə də uğursuz xarici siyasətin nəticəsi idi. Paşinyan özü dolayı yolla etiraf etdi ki, erməni diplomatiyası uğur qazansaydı, bəlkə də müharibə başlamazdı. Bəs 44 günlük müharibə, son dərəcə uğursuz xarici siyasətin üzünü xilas etmək üçün çıxılmaz, konspirativ və biabırçı cəhd, böyük bir aldatma deyildisə, nə idi?”.
Nəşr yazır ki, erməni döyüşçülərin və hərbçilərin əsas çoxluğunun fikrincə, bu, daha çox planlı qırğın kimi qeyri-adi bir müharibə idi. Qəzetin qeyd etdiyinə görə, az adam xatırlayır ki, müharibənin 44 günü ərzində fəth olunmamış, yəni azad edilməmiş Kəlbəcər və Ağdam bircə qələm zərbəsi ilə rəqibə, yəni Azərbaycana bir güllə atılmadan təhvil verilib.
Müharibədə ölmüş erməni hərbçisinin anası: “Oğlum ölmüşdü, Müdafiə Nazirliyindən isə deyirdilər ki, xəstəxanada müalicə olunur”
Bu arada, müharibə zamanı erməni hərbçilərinin güclü və müasir Azərbaycan Ordusu qarşısında kütləvi məhv olmaları faktı ilə yanaşı, bu günə qədər indentifikasiya olunmamış qalıqların morqlarda çürüməsi faktı da erməni cəmiyyətinin gündəmində qalmaqda davam edir. O cümlədən, müdafiə nazirliyinin müharibə vaxtı ölmüş erməni hərbçilərinin meyitlərinin ailələrinə təhvil verilməmələri haqqında da erməni mediası yazır. “2020-ci ilin oktyabrında oğlumu açıq yara ilə döyüş meydanına aparıblar”. Bunu isə 44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçu Henrik Eloyanın anası Hasmik Vardanyan deyib. Belə ki, Henrik müddətli erməni hərbi qulluqçu olub. Müharibə başlayanda işğalçı ordunun tərkibində Cəbrayılda qulluq edib. Anasının sözlərinə görə, oğlu oktyabrın 7-də xəsarət alıb, əvvəlcə Qarabağa, sonra müvəqqəti olaraq Xınzirəkdə açılmış xəstəxanaya, daha sonra isə Qarakilsə xəstəxanasına köçürülüb. Vardanyan qeyd edib ki, oğlunun onurğa sütununun 8-ci fəqərəsinin yanında qəlpə yarası olub, qəlpələrdən biri hələ də bədəndə olduğu üçün əməliyyat lazım olub.
“Əməliyyatdan əvvəl oğlum 7 günlük analıq baxımına göndərilib. Oktyabrın 24-də oğlumun məzuniyyəti başa çatıb, o, yenidən Qarakilsəyə qayıdıb ki, əməliyyat üçün İrəvana getməklə bağlı sənədləri hazırlasınlar. Oğlum oktyabrın 27-də Şuşaya, oktyabrın 28-də isə Qırmızı Bazara aparılıb və günorta vaxtı orada ölüb. Mövqelərə silah qaldıran “Kamaz”ın yanında dayanıb, PUA “Kamaz”a zərbə endirib, yerindəcə ölüb. Oğlum ölmüşdü, Müdafiə Nazirliyindən isə deyirdilər ki, xəstəxanada müalicə olunur”, - deyə o bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB