Ermənistan cəmiyyətində YANLIŞLIQLAR - TƏHLİL

Ermənistan cəmiyyətində YANLIŞLIQLAR - TƏHLİL

Erməni cəmiyyətində müşahidə olunanlar heç də normal görünmür və Ermənistan ictimaiyyətinin yanlışlıqlar içərisində, özü də müəmmalı vəziyyətdə olduğu birmənalı şəkildə özünü biruzə verir. Ola bilsin ki, bu cəmiyyət tarixi faktları xatırlamır, cəmi bir neçə il bundan əvvəlki hakimiyyətlərin oyunlarını yaddan çıxarıb, amma reallıq bundan ibarətdir ki, erməni əsilli avantüristlər hakimiyyət naminə daim öz cəmiyyətini aldadıb və yanlışlıqlar içərisində qoyub.

Respublikaçılara xatırlatmaq terinə düşərdi ki, onların lideri Serj Sarkisyanın hakimiyyətdə olduğu dövrdə rəsmi İrəvan nəhayət Qərbdən üz döndərmişdi və özünü həvəslə Rusiyanın qucağına atmışdı. Maraqlıdır, indi Sarkisyan və onun tərəfdarları hansı üzlə Qərbdən yardım umur və onlar demokratiya pərdəsi altında etmək istədikləri üçün nəyə bel bağlaya bilər? Sözsüz ki, Qərb artıq Serj Sarkisyana, eləcə də onun tərəfdarlarına yaxşıca bələddir və bundan sonra hansısa dəstək veriləcəyi inandırıcı deyil. Bu halda atılan addımlar, edilən cəhdlər, verilən vədlər blefdən başqa nə ola bilər?

Cəmi 44 gün davam edən və Ermənistanın rüsvayçı məğlubiyyətindən, kapitulyasiya səədini imzlamasından, torpaqlarımızın işğaldan azad edilməsindən sonra danışıqlar zamanı artıq bir dəfə də olsun Dağlıq Qarabağ məsələsi ifadəsi işlədilmir, hansıki Sarkisyan da, Koçaryan da yenə əvvəlki kimi bu məsələni ortaya atıb öz xalqını aldatmağa çalışır. Bu bir reallıqdır ki, artıq rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən bir növ tamamilə imtina edib. Avropa İttifaqının rəsmi mövqeyi göz önündədir və belə olan halda, ermənilərə vədlər verilməsi, Azərbaycana məxsus olan torpaqların yenidən ələ keçirilməsi barədə vəd olunması sadəcə, kütlənin aldadılmasıdır.

Az qala əsrin üçdə birinə yaxın müddət ərzində ermənilər tərəfindən işğal altında saxlanılan, orada istehkamlar belə qurulan torpaqları, Azərbaycan torpaqlarını Ali Baş Komndanın, cənab İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi və rəhbərliyi ilə, xalqımızın birliyi, həmrəyliyi ilə Azrbaycan Ordusu cəmi 44 gün ərzində işğaldan azad etdisə, indi erməni cəmiyyətinə verilən vədlərin, danılan nağılların mənası nədir? Cəmi 44 gün ərzində diz çökən Ermənistanın silahlı qüvvələri barədə yaradılan mif darmadağın edilibsə, hərbi qüvvəsi yox dərəcəsindədirsə, artıq nədən söhbət gedə bilər və niyə ermənilərin beyni yenə doldurulur? Əlbəttə ki, məqsəd erməni cəmiyyətini yanlış istiqamətə yönəltmək, bir sözlə, aldatmaqdır və bu da yalnız onların hakimiyyəti ələ keçirmək üçün maraqlarına xidmət edə bilər.

Bir-birinin ardınca hərbi əsirlər barədə söz-söhbət yaratmağa çalışanların da yanlış yolu tutduları üzə çıxdı və bu məsələnin də mənasız olaraq ortaya atıldığı öz təsdiqini tapdı. Bəlli oldu ki, hərbi əsir yoxdur və müharibə bitdikdən sonra aranı qarışdırmaq istəyənlər hərbi əsir adlandırıla belə bilməz və onlar barəsində iddialar əsassızdır. Azərbaycanın bu mənada da haqlı olduğu ortaya çıxdı və erməni cəmiyyəti bunun da şahidi oldu. Şahidi oldu ki, 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını Azərbaycan geri qaytarmaqda haqlı olduğu kimi, bu məsələdə də haqlıdır və bunları bütün dünya ictimaiyyəti də qəbul edir. O zaman erməni cəmiyyəti növbəti dəfə aldadıldığını, yanlışlıqlar içərisində olduğunu dərk etməli idi və çox güman ki, dər etmiş oldu da.

İndi Ermənistanın baş naziri Nikol Paşinyan məhz erməni cəmiyyətində ittiham oluna bilər, Koçaryanın və Sarkisyanın tərəfdarları onu ittiham edə bilərlər, amma ermənilər yaxşı başa düşürlər ki, hər zaman aldadılıblar, yanlışılıq içərisində olublar və bunu da onlara yaşadanlar indi vədlər verənlərdir. Deməli, yenə də erməni cəmiyyəti yanlışlıqlara sürükənir. Nikol Paşinyana qədər artıq Ermənistan üçün çox ciddi problemlər toplanılmışdı və bu ölkə bütövlükdə yanlışlıq içərisində idi. Ola bilsin ki, nəyə isə ümid edirdilər, amma artıq ümid etməyə belə yer qalmayıb və bunun da, yəni ümid etməyin belə yanlışlıq olduğu günün reallığıdır. Reallıq ondan ibarətdir ki, Ermənistanın haqsız olduğu, işğalçılıq siyasəti yürütdüyünü bütün dünya ictimaiyyəti, eləcə də beynəlxalq təşkilatlar qəbul etdilər, əks halda Azərbaycanın apardığı ədalətli savaşa mane olmağa cəhd olnardı. Bütün bunların şahidi olan ermənilər indi yenə də yanlış addımlara rəvac versələr, artıq bu onların fəlakəti ilə nəticələnəcək və bundan sonra daha dəhşətli sonluq ilə üzləşməli olacaqlar, çünki yanlışlığın da bir həddi, bir qədəri var.

Ən təəccüblü və gülünc məqam isə ondan ibarətdir ki, Azərbaycanın uğurları erməni cəmiyyətində tamamilə tərsinə şərh edilir. Məsələn, Avropa Komissiyasının Prezidenti Ursula fonder Lyayenin Azərbaycana gəlişi, Avropa İttifaqı ilə ölkəmiz arasında bağlanılan saziş, enerji təhlükəsizliyi baxımından ölkəmizə olan etimad erməni cəmiyyətində tamamilə tərsinə yozulur, özü də hədsiz həyasızlıqla. Azərbaycanın məhz təbii ehtiyatlar baxımından zənginliyi, Avropanın enerji təhlükəsizliyində rolu, potensialı danılmazdır, amma bunu həyasızlıqla dananlar yenə də erməni cəmiyyətini yanlış istiqamətə aparmaq niyyəti güdürlər. Ursula fon der Lyayenin Azərbaycana gəlişinə, bağlanılan sazişə, ölkəmizin uğurlarına hansı əsasla, hansı mətiqlə, hansı üzlə kölgə salmaq olar ki, buna cəhd edilir və nəyə ümid edilir? Ola bilsin, ümid edilir ki, ermənilər bu yalanlara inanacaqlar və yenə də yanlış yolda olacaqlar.

Məsələ burasındadır ki, artıq aldanmağa, yanlış yollara düşməyə erməni cəmiyyətinin haqqı yoxdür. Bu toplum tarix boyu dəfələrlə aldadılıb və yanlışlıqlar etməyə sürüklənib və öz avantüristləri, öz içlərindən çıxan manipulyatorpar tərəfindən dəfələrlə aldadıqları barədə ermənilər kifayət qədər məlumatlıdırlar. Ən azından ermənilər indi hansı durumda olduqlarının fərqində olmalıdırlar. Onun da fərqində olmalıdırlar ki, onları bu duruma məhz aldadaraq, yanlış yola sürükləyərək salıblar. Bilməlidirlər ki, Azərbaycanın iqtisadi inkişafı, hətta yüksəlişi, mövcud potensialı ilə Ermənistan müqaisə belə oluna bilməz. Dərk etməlidirlər ki, çox çətin, özü də səfil vəziyyətində olan, daxilini xaos bürüyən bir ölkəni, durmadan inkişafda olan ölkə ilə qarşı-qarşıya qoymaq məhvinə, süqutuna hökm verməkdir. Əgər bunu dərk etmirlərsə, deməli hələ də Ermənistan cəmiyyətində yanlışlıqlar hökm sürür və yenə də bunun acı nəticəsi ilə qarşılaşmalı olacaqlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə