"Ermənistan bir tərəfdən qeyd edir ki, Qarabağın dağlıq hissəsindəki ərazilərdən Ermənistan əsgərlərini çıxarırlar. Amma digər tərəfdən Qarabağda hərbi istehkamların qurulması işlərinə başlayıblar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, bu hər halda video və digər kəşfiyyat materialları ilə öz təsdiqini tapıb: "Məsələ budur ki, bu mühəndis-istehkam, müdafiə xətlərini Azərbaycan ordusun hərəkətə keçəcək olma ehtimalı ilə yaradıblar. Onların daxilində belə bir mövqe hakimdir ki, guya Qarabağın dağlıq hissəsini keçilməz qalaya çevirəcəklər. Bunu xüsusilə dırnağarası, başlarını itirmiş liderlər səsləndirirlər. Amma Azərbaycan ordusu bu tikilən istehkamları çox asanlıqla dağıtma gücünə qadirdir və sözsüz ki, dağıdacaqlar. Pilotsuz uçuş aparatları həmin istehkamları kiçik bir əmr ilə darmadağın etmək gücünə qadirdir. Digər məsələ isə odur ki, rus sülhməramlıları bu hərəkətlərin qarşısını almaq əvəzinə onlara dəstək verir. Bütün bu addımlar bölgəldəki, xüsusilə Rusiya ilə Azərbaycan arasındakı münasibətləri gərginləşdirir. Çünki dəfələrlə bu məsələ ilə bağlı Rusiya sülhməramlılarının rəhbərinə müraciət edilib. Amma onlar heç bir nəticə çıxarmırlar. Bu çox təhlükəli addımdır. Ancaq Azərbaycan ordusu bu addımlarln qarşısını almağa qadirdir. Həmin günləri səbirsizliklə gösləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB