Cənab Prezidentin müşavirədəki çıxışı son dərəcə önəmli mesaj və cağırışlarla zəngindir ŞƏRH
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin cari ilin 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı mesaj və çağırışlarla zəngindir. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipini rəsmən qəbul edən Ermənistan rəhbərliyi 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırır və böyük Sülhün imzalanmasını süni şəkildə və qəsdən uzadır. Cənab Prezident bu müşavirədə bir daha Ermənistanın və onun havadarlarının rəsmi şəkildə yadına saldı ki, 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Cənab Prezident bildirdi ki, 10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı idi, ancaq bu günə qədər bu imkan yaradılmadı. 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Laçın yolu açıqdır, Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz bu öhdəliyə əməl edir. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün imkan yoxdur. Ermənistan tərəfindən bu ərazidə bu istiqamətdə hansısa işlər görülmür. Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu da verilməyib.
Cənab Prezident həmçinin Ermənistanın öz sözünün üstündə durmadığını, qeyri-ciddi və məsuliyyətsiz dövlət olduğunu sübut edən faktlara da diqqət çəkmişdir. Cənab Prezident bildirmişdir ki, son vaxtlar Ermənistan rəhbəri yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Dahja sonra Cənab İlham Əliyev kəskin surətdə xəbərdarlıq etmişdir: “Status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir.” Daha sonra ölkə Prezidenti cənab İlham Əliyev son altı ay ərzində hərbi sahədə də islahatların aparıldığını bildirib və həm struktur, həm hərbi təhsildə islahatlara diqqət çəkib. Bildsirib ki, təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Cari il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Və bununla möhtərəm Prezidentimiz Ermənistana Azərbaycan Ordusunun daha da gücləndiyinin mesajini vermişdir: vədinə əməl etməyən tərəfi nələr gözləyir! Cənab Prezident həmçinin Minsk qrupu barədə də danışmış, bnildirmişdir ki, 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq bütün məsələləri hərbi yolla həll edən Azərbaycan üçün 28 il heç bir nəticə əldə etməyən qrupa Minsk qrupuna ehtiyac yoxdur. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirdi ki, Vətən müharibəsində qazanılan qələbəni təmin edən şəhid ailələrinə və müharibə əlillərinə, həmçinin qüsursuz xidmət etmiş hərbçilərə qayğı dövlət tərəfindən diqqətdə saxlanılır. Şəhid ailələrinə və müharibə əlillərinə mənzillər verildi. Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib Hərbçilərin sosial müdafiəsi məsələləri Azərbaycanda yüksək səviyyədə həllini tapır. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur və s. tikilir. Cənab İlham Əliyev müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin, onlara dövlət səviyyəsində qayğının daim diqqət mərkəzində olduğunu bir daha faktlarla açıqlamışdır: Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. - Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Cənab Prezident bir daha xatırlatmışdır ki, öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB