Ərəb mətbuatı Azərbaycan XİN-in məlumatını yayıb

Ərəb mətbuatı Azərbaycan XİN-in məlumatını yayıb

“Əl Ərəbiyə”, “Əl Xalic”, “Masdar”, “Aşarq” və digər mətbu orqanları Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ikitərəfli görüş haqqında Azərbaycan XİN-in məlumatını yayıb.

AZƏRTAC xəbər verir ki, məlumatda nazirlərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunduqları diqqətə çatdırılıb. Xəbərlərdə qeyd olunub ki, tərəflər götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

Ərəb mətbuatının xəbərlərində bildirilib ki, nazir Ceyhun Bayramov bütün səylərin iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış postmünaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməli olduğunu qeyd edib. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb. Humanitar məsələlərə toxunan nazir C. Bayramov itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə