Qurban bayramı münasibətilə qazi ailələri ziyarət edilib FOTOLAR

Qurban bayramı münasibətilə qazi ailələri ziyarət edilib FOTOLAR

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov aparatın bir qrup əməkdaşı ilə Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq ordu sıralarına yazılmış, Füzuli, Cəbrayıl və Qubadlının düşməndən azad edilməsində vuruşmuş qazi Fariz Mamedovun yaşadığı evə gedərək onu ziyarət ediblər.

Söhbət zamanı Fariz Mamedov bildirib ki, əvvəlcə Füzuli uğrunda gedən döyüşlərdə, sonra Cəbrayılın erməni işğalçılarından azad edilməsi əməliyyatında iştirak etmiş, Qubadlı uğrunda gedən döyüşlərdə ağır yaralanmış, qospitalda müalicə olunduqdan sonra yenidən hərbi xidmətə qayıtmış, işğaldan azad edilmiş Şuşanın müdafiəsində xidmətini davam etdirmişdir. Döyüşlərdə fərqləndiyinə görə "Cəbrayılın və Qubadlının azad edilməsinə görə" medallarla təltif edilmişdir.

Söhbət zamanı Rövşən Əhmədov müharibənin ilk günlərindən gənclərin hərbi xidmətə qismən səfərbər edilməsi barədə Ali Baş Komandan Cənab İlham Əliyevin verdiyi Sərəncam əsasında səfərbərlik müdafiə məsələləri ilə məşğul olduğunu Fariz və onun kimi yüzlərlə ağcabədili gəncin necə böyük bir coşqu ilə ordu sıralarına yazılmalarının şahidi olduğunu bildirib. Qeyd edib ki, Qələbənin qazanılmasında hərbiçilərimizin şücaət və qəhrəmanlığı sayəsində əldə edilib.

Həmin gün, 2016-cı ilin aprel döyüşlərində və ikinci Qarabağ müharibəsində döyüşmüş gizir Ruslan Rzayevin evi ziyarət edilib. R.Rzayev bildirib ki, onun Vətən qarşısındakı xidmətləri nəzərə alınaraq, "Xocavəndin azad edilməsinə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmiş, müalicəsi üçün bütün şəraitin yaradıldığını, dövlət tərəfindən təqaüdlə təmin edildiyini qeyd edib.

Qazilərimizin ailələri Qurban bayramı münasibətilə övladlarını ziyarət etdikləri üçün qonaqlara təşəkkür etmiş, ölkə rəhbəri Cənab İlham Əliyevin şəhid və qazilərə daim həssas münasibət bəslənməsindən məmnun olduqlarını bildiriblər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə