Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas prioritetidir ŞƏRH

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən, məhz sözün əsl mənasında, bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir. Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Məhz bu qayğının nəticəsi olaraq Sosial Tədqiqatlar Mərkəzinin Prezident İlham Əliyevin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı keçirdiyi sosioloji sorğu zamanı dövlətimizin başçısının şəhid ailələrinə və müharibə iştirakçılarına qayğısı və dəstək fəaliyyətindən respondentlərin 76,9 faizi çox razı, 17,2 faizi əsasən razı olduğunu bildirib. Ən önəmlisi isə odur ki, həm cənab Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez şəhid ailələri, müharibə iştirakçıları, müharibə əlilləri ilə daim görüşür, onların sosial problemləri ilə maraqlanırlar. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra bu həssas kateqoriyadan olan vətəndaşlarımızın işlə təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə cənab Prezident tərəfindən göstəriş verilib. Onların müalicəsi ən yüksək səviyyədə həyata keçirilir. Ümumilikdə, İlham Əliyevin tapşırığına əsasən, bu günə kimi 12 500 şəhid ailələrinin üzvləri və müharibə əlilləri mənzillərlə, yaxud fərdi evlərlə təmin olunublar. Bu proses 44 günlük Vətən müharibəsindən sonra daha da genişləndirilib. Belə ki, 2021-ci ildə 3000 mənzil təqdim edilib, postmüharibə dövründə isə 3500 mənzil verilib. Eyni zamanda, müharibə əlillərinə nəqliyyat vasitələrinin, bu kompleksdə daha 200 mənzilin, eləcə də 50 avtomobilin verilməsi nəzərdə tutulub və həssas təbəqədən olan bu kimi şəxslər bu günə qədər ümumilikdə 7 400 nəqliyyat vasitəsi ilə təmin ediliblər. Ümumiyyətlə, Müzəffər Ali Baş Komadan, Prezident İlham Əliyevin yürütdüyü siyasətin ən prioritet sahələrindən biri şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyinin göstərilməsidir. Müharibə iştirakçılarına göstərilən dövlət qayğısının bariz nümunələrindən biri də Prezident İlham Əliyevin “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin edilib. Həmçinin Milli Qəhrəmanlar üçün təqaüd 1500 manatdan 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü 2000 manat təsis edilib. Qazi və şəhid ailələri üçün bir çox güzəşt və imtiyazlar müəyyən olunub. Eyni zamanda, Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondu təsis edilməsi dövlətin şəhid ailələrinə qarşı hər zaman xüsusi qayğısının göstəricisidir.

Göründüyü kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, həm də bu katekoriyalı insanlarrı, onların ailələri ilə tez-tez görüşləri, onların problemləri ilə maraqlanması bir daha dövlətin öz vətəndaşına qayğısının göstəricisidir. Və bütün şəhid ailələri və qazilər dövlətdən belə görüb və bundan sonra da belə olacağına tam əmindir.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının təlimatçısı

Bütün xəbərlər Facebook səhifəmizdə