YAP Yasamal rayon təşkilatında tədbir keçirilib FOTOLAR

YAP Yasamal rayon təşkilatı "H.Cavid pr.115" ünvanında (AMEA İqtisadiyyat İnstitutu) yerləşən ərazi partiya təşkilatında tədbir keçirilib. Tədbiri giriş sözü ilə AMEA İqtisadiyyat İnstitutunun direktoru iqtisad elmləri doktoru, professor Nazim İmanov açıb. Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu milli dövlətçilik tariximizdə tutduğu mövqeyi ilə nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaranması və uğurlu fəaliyyəti hər birimizin qürur mənbəyidir. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətimizin dünyada layiqli yer tutması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması kimi mühüm vəzifələrin icrası istiqamətində mühüm işlər görülmüşdür. Qeyd olunub ki, ölkəmizin son illərdə əldə etdiyi uğurlar, yüksək nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır. Belə yüksək nəticələrin əldə olunması heç şübhəsiz 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi Qələbə regionda yaranan reallıqlarla sıx bağlıdır.

Sonra "H.Cavid pr.115" ünvanında (AMEA İqtisadiyyat İnstitutu) yerləşən ərazi partiya təşkilatında təşkilati məsələlərə baxılıb və yekdilliklə ərazi partiya təşkilatının sədri Vüqar Bayramov, sədr müavini isə Leyli Allahverdiyeva seçilib.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə