Tranzit daşımaları inkişaf etdirilməlidir - NAZİR BİLDİRDİ

"Bu gün keçirilən toplantıda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu da daxil olmaqla, Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsinə yönəlmiş əməkdaşlıqda əldə edilmiş nailiyyətlərdən danışıldı". SİA xəbər verir ki, bunu Qazaxıstanın Xarici işlər naziri Muxtar Tleuberdı Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər nazirləri və Nəqliyyat sahəsi üzrə nazirlərinin birinci toplatısından sonra keçirilən mətbuat konfrası zamanı qeyd edib.
Qazaxıstanın xarici işlər naziri nəqliyyat əlaqələrinin və informasiya-kommunikasiya infrastrukturlarının, o cümlədən BTQ dəmir yolu xəttinin inkişafı ilə qarşılıqlı əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini vurğulanıb. Cənab nazir Orta Dəhlizin rolunu gücləndirmək üçün Transxəzər vasitəsilə tranzit daşımaların daha da inkişafı və asanlaşdırılmasının vacibliyindən söhbət açıb. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Azərbaycan-Qazaxıstan-Türkiyə üçtərəfli platformasının yaradılmasının zəruriliyini bildirib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə