“Tarix Ulu Öndərin gözləntilərini doğrultdu” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edərək II Dünya Müharibəsindən sonra bir ilkə imza atmaqla müasir dünya tarixində yeni bir qəhrəmanlıq səhifəsini yazmış oldu. Bu qəhrəmanlıq tarixinə uzun illərin hazırlığı sayəsində nail olunmuşdur. Çünki tarix bizə sübut etdi ki, güclü ordu olmadan dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq olmur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.


Onun sözlərinə görə, bu gün ordunun yaranmasının 44 günlük tarixini sevinclə, şərəflə və qürurla qeyd etsək də 1918-ci ildə qurulmuş AXC-i cəmi 23 ay yaşamışdı: “Bunun da səbəbi AXC-nin güclü orduya malik olmaması olmuşdur. Amma 1969-cu ildə sovet Azərbaycanına rəhbər təyin olunmuş Heydər Əliyev milli hərbi kadrların hazırlanmasını əsas məqsəd kimi qarşısına qoymuş və Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olunmuşdu.

Ümumimilli Lider bilirdi ki, Azərbaycan nə vaxtsa yenidən öz müstəqilliyinə qovuşacaq və onda ordunun formalaşdırılması üçün hərbi mütəxəsislərə ehtiyac yaranacaqdır. Tarix Ulu Öndərin gözləntilərini doğrultdu və 1991-ci ildə sovetlər ittifaqının dağılması nəticəsində Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Müstəqilliyimizin ilk illərində dövlət rəhbərliyində olan şəxslərin təcrübəsizliyi və idarəetmənin nə olduğunu bilməməsi Azərbaycanın 70 il intizarla gözləyərək yenicə nail olunduğu dövlət müstəqilliyini təhlükə altına salmışdı”.

Deputat sözlərinə belə davam edib: “Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanı bütün təhlükələrdən sovuşdurmuş və dövlət müstəqilliyini qorumaq üçün ilk növbədə pərakəndə hərbi birləşmələri ləğv edərək nizami ordusunun yaradılması istiqamətində ciddi addımlar atıldı. Bu məqsədlə həm də ittifaq ordusunda xidmət etmiş azərbaycanlı kadrlara vətənə qayıdaraq orduya qoşulmağına çağırış etdi. Məhz 1994-cü ildə Ulu Öndərin rəhbərliyi altında uğurla keçirilmiş Horadiz əməliyyatı sayəsində yenicə formalaşamağa başlamış ordumuz tərəfindən Horadiz qəsəbəsi və 21 yaşayış məntəqəsini qəhrəmancasına azad edilərək düşməni atəşkəsə imza atmağına məcbur etdi. Atəşkəsin əldə olunması ölkəmizin nizami ordusunun formalşadırılması üçün bir imkan idi. Ulu Öndər orduya xüsusi diqqət göstərməyə başladı.

Ulu Öndər 1998-ci il 2 may tarixli Fərmanı ilə 26 iyun Silahlı Qüvvələri Günü elan edildi. Ulu Öndərin ordu quruculuğu prosesi 2003-cü ildə xalqın böyük səs çoxluğu ilə prezident seçilən cənab İlham Əliyevin qarşısında dayanan bir nömrəli vəzifə olmuşdur. Çünki, vətən torpaqları işğal altında olduğundan 1 milyon qaçqın və köçkünün gözü öz doğma yurdlarına qayıtmağında idi. Prezident İlham Əliyev orduda xidmət edənlərin məişət şəraitinin yaxşıaşdırılması, yeni hərbi hissələrin tikilməsi, müasir silahların alınması, ordunun peşəkarlığının artırılması və ordu sırlarında xidmət etmək üçün vətəni sevən gənc nəsilin formalaşdırılması istiqamətində böyük işlər görməyə başladı. Prezident İlham Əliyev demişdir ki, orduda xidmət edən zabiti ailəsinin qayğısı narahat etməməlidir. Ona görə də zabitlərin məişət-mənzil şəraitinin yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklər tikildi, həm də 20 il qüsursuz xidmətə görə Mənzillə təmin etmə dövlət proqramı imzaladı.

Cənab Prezident yenidən müharibə istəmirdi və torpaqların işğaldan azad edilməsinə beynəlxalq hüquq müstəvisində danışıqlar yolu ilə nail olmağa çalışırdı. Amma beynəlxalq hüquq və dünyada baş verən proseslər onu sübut etdi iki, güclü iqtisadiyyatı və güclü ordusu olmayan ölkənin torpağı heç vaxt işğaldan azad oluna bilməz. Prezident İlham Əliyev Azərbaycanın işğalla heç vaxt barışmayacağını və bizim müharibəyə hazırlaşdığını beynəlxalq tribunalardan açıq şəkildə bəyan edirdi. Amma beynəlxalq ictimaiyyət bizim çağırışları ciddi qəbul etmədi və hətta azğınlaşmış Ermənistanın yeni ərazilər uğunda yeni müharibə edəcəyi ilə bağlı çağırışlarına susqunluqla seyr edirdi. Ermənistan təmas xəttində və dövlət sərhəddində mütəmadi təxribatlar törədir və Şuşada təlxək oyunları təşkil etməklə azərbaycanlıların hislərini təhqir edirdi. Vəziyyət dözülməz olmuşdu və müharibə qaçılmaz idi. Nəhayət 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan orduya tapşırıq verdi və xalqımıza çağırış etdi. Xalq Ali Baş Komandanın çağırışını gözləyirdi və dərhal dəmir yumruqa çevrildi. Ordumuz 44 günlük müahribənin hər bir günündə yeni ərazilərimizi düşməndən təmizləməklə qəhrəmanlıq səhifəsini yazırdı. Nəhayət 8 noyabrda Şuşanı azad edən müzəffər Ordumuz uzun illər ətrafında məğlubedilməzlik mifini yaratmış olduğu ordusunu darmadağın edərək düşməni 10 noyabrda kapitulyasiya sənədinə imza atmağına məcbur etdi.

Ordumuzun II Qarabağ müharibəsində göstərdiyi döyüş təcrübəsi dünya hərb tarixinə daxil oldu. Bu gün dünyanın inkişaf etmiş orduları olan ölkələr öz hərbi kadrların hazırlanmasında Azərbaycan ordusunun təcrübəsini tədris edirlər və öyrənirlər. Azərbaycan ordusu həm müasir PUA-larla, həm də ağır silahlarsız qayalardan dırmaşaraq əlbayaxa döyüşlə Şuşanı azad etmiş Xüsusi Təyinatlılarla yeni döyüş səhnələrini nümayiş etdirmişdir. Bu gün Ali Baş Komandanın təcrübəsi, siyasi iradəsi, vətəninə olan sevgisi, xalqını dəmir yumruq kimi birləşdirmək bacarığı və peşəkar ordusunu hazırlanması sayəsində Azərbaycan öz ərazilərini düşmən tapdağından azad edərək qəhrəman və məğlubedilməz ölkəyə çevrilmişdir.

Müharibənin başa çatdığı 1,5 ildən artıq bir müddətdə ordumuzun peşəkarlığının daha da artırılması istiqamətində böyük işlər görülür. Yeni komanda hərbi birləşmələri yaradılır, daha müasir silahlar alınaraq ordumuzun silalanmasına qəbul edilir, 44 günlük döyüşün hər bir gününü yenidən təhlil olunur və müəyyən düzəlişlər edilir, Türkiyənin ordu təcrübəsinin dərindən öyrənilməsi üçün birgə hərbi təlimlərə qoşuluruq və ordumuz daha da güclənir.

Bu gün Silahlı Qüvvələri Gününü peşə payramını qeyd edən Azərbaycan Müzəffər Ali Baş Komandanın rəbərlik etdiyi daha güclü, məğlub edilməz və şanlı orduya malik olması ilə fəxr edir. Yaşasın Ali Baş Komandan! Azərbaycanın Silahlı Qüvvələrinə Eşq olsun!”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə