"Heydər Əliyevin böyük siyasətə qayıdışı..." - MİLLƏT VƏKİLİ BİLDİRDİ

“Ulu Öndər Heydər Əliyevin 1987-ci ildə böyük siyasətdən uzaqlaşdırılması və onun Azərbaycanda gedən proseslərdə iştirakına böyük maneçiliklər törətməsi ölkəmiz üçün həmin dövrdə böyük problemlər yaşatdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, həmin illərdə ermənilərin torpaq iddası baş qaldırdı, Azərbaycanda ərazi bütövlüyü pozuldu: “1990-ci ildə əldə olunan dövlət müstəqilliyimizin ilk dövrü böyük problemlər yaşandı. Ancaq Ulu Öndərin 1993-cu ilin 25 iyununda parlament sədri seçilməsi, 24 iyunda isə Prezident səlahiyyətlərinin icrasına başlaması Azərbaycan tarixində tamamən yeni bir səhifə açdı. Azərbaycan öz müstəqilliyini xalqın maraqları üçün maksimum istifadə etmək siyasətinə başladı. Ulu Öndərin dövlətçilik və uzaqgörənliyi eyni zamanda xalqın böyük dəstəyinə malik olması problemlərin tədricən həllinə imkan yaratdı. Azərbaycanda ciddi dövlət intizamı yaranaraq, silahlı qüvvələrdə vahid komandanlıq həyata keçirildi.

Dağlıq Qarabağ probleminin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırılması prosesinə başlanıldı. Ulu Öndər Azərbaycanın müstəqiliyinin möhkəmlənməsinə, ərazi bütövlüyünün təmin edilməsinin müasir dövlət quruculuğu ilə mümkün olacağını çox yaxşı başa düşürdü. Bu baxımdan Azərbaycanda ciddi islahatlara hazırlıq başlandı. Yeni konsitutsiyanın hazırlanması, özəlləşdirmə proqramının həyata keçirilməsi, insanların hüquq və azadlıqlarının təmin edilməsi tamamilə yeni imkanların yaradılmasına və dünya inteqrasiyasının Azərbaycanın qarşısında duran problemlərinin həllinə gətirib çıxartdı. Sonradan gedən proseslər bir daha göstərdi ki, Ulu Öndər Heydər Əliyevin bir daha siyasətə qayıtması onun ali dövlət postuna seçilməsi həmin dövrün ağır problemlərin həlli üçün ən düzgün variant idi. Heydər Əliyevin böyük siyasətə qayıdışı yeni Azərbaycan qurmağa və dünya birliyində böyük nüfuz qazanmağımıza, həmçinin vətəndaşların daha yaxşı yaşaması üçün geniş imkanlar açdı”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...