Qalib Azərbaycanın Müzəffər Ordusu ŞƏRH

Azərbaycan xalqı keşməkeşli tarixə malikdir. Minilliklər boyu daima güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb, öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Bununla da, öz mövcudluğunu qoruyub saxlaya bilib. Milli Ordunun yaranması Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə təsadüf edir. Çar Rusiyasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ordu quruculuğu sahəsində mühüm addımlar atmışdır. Çar dövründə azərbaycanlıları hərbi xidmətə çağırmırdılar. Səbəb də açıq aydın məlum idi - azərbaycanlıların hərbi elmə yiyələnə bilməməsi. Azərbaycan Xalq Cümhuriyyətinın süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Çar dövründən fərqli olaraq Sovet dövründə azərbaycanlıları hərbi xidmətə tikinti batalyonlarda xidmət etmək üçün çağırırdılar. Məqsəd yenə də azərbaycanlıların hərbi elmə yiyələnə bilməməsi olsun. Bu siyasəti yaxşı anlayan Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdə ordu quruculuğuna xüsusi diqqət ayırır. Heydər Əliyev yaxşı bilirdi ki, bir dövlətin yaşaması üçün onun güclü iqtisadiyyatı, təhsili və ordusu olmalıdır, bütün sahələrdə savadlı kadrlar olmalıdır. 1971-ci il iyunun 20 –də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil edir. Diviziya komandiri C.Naxçıvanski adına Hərbi Lisey cənab Heydər Əliyevin təşəbbüsü Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmışdır. 24 noyabr 1997-ci il tarixdə Heydər Əliyevin sərəncamı ilə məktəbin adı dəyişdirilərək C. Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır. Heydər Əliyev azərbaycanlı gənclərin SSR-in hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olmasına nail olur. Həmçinin gənclərimiz Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə də qəbul olmuşdular. Elə o dövrdə hərbi hazırlığı keçən hərbçilərimiz Birinci Qarabağ Müharibəsində sücaət göstərmişdilər. C. Naxçıvanski adına Hərbi Lisey yetirmələri vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Sovet hakimiyyəti dövründə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin özündə də azərbaycanlı kadrları yox idi. Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbər gələndən sonra komitədə milli kadrların sayı artmağa başladı. Heydər Əliyev Azərbaycanın ən agır vəziyyətində rəhbərliyə gəlmiş və ölkəni bu vəziyyətdən xilas etmişdir. Heydər Əliyev 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılır. Məqsəd Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsidir. İkinci dəfə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da milli ordunun yaranması ən vacıb məsələyə çevrilmişdir. 1991-ci ildə Müdafiə Nazirliyinin yaranması barədə qərar qəbul edilməsinə baxmayaraq ordu quruculuğuna yalnız 1993-cü ildə başlamaq mümkün olub və silahlı qüvvələr dövlətin tam nəzarətinə keçir. Qisa müddətdə, 1994-cü ilin ilk aylarında cəbhə boyu irimiqyaslı hücum əməliyyatları başlanır. Azərbaycan əsgərlərin qəhramanlığını görən düşmən atəşkəsə razılıq verir. Heydər Əliyev 1999-cu ilin yanvarın 20-də Hərbi Akademiya yaradılması barədə fərman imzalayır. O zaman Azərbaycan nizami orduya malik deyildir. Buna görə də Qarabağda gedən döyüşlərdə vəziyyəti nəzarətə almaq çətin idi. Peşəkar ordu quruculuğunun əsası 1993-cü ildə qoyuldu və ordu quruculuğuna elmi prinsiplə yanaşıldı, orduda siyasiləşməyə son qoyuldu. 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə 9 oktyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. 22 may 1998-ci il tarixli Heydər Əliyevin Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Hər ildə bu gün ölkəmizin hər yerində qeyd edilir. Azərbaycan Milli ordusu bu gün Qafqazda ən müasir ordu hesab edilir. Azərbaycanın Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlardan ibarətdir. Bu gün ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə olunur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuz bugünkü qələbəmizin təminatçısıdır.1995-ci ildə Heydər Əliyevin göstərişi və tövsiyəsi ilə məharət qabiliyyətli və xüsusi bacarığı olan hərbi biliyə yiyələnmək istəyən vətənpərvər gənclərin sərhəd qoşunlarında kadrların hazırlanması məqsədi ilə xüsusi kurslar açıldı. Həmin kursların müdavimləri uğurla öz peşə bacarıqlarını və xüsusi ixtisaslarını təkmiləşdirərək sərhəd qoşunların inkişafında dəniz və quru sərhədlərini, habelə hava sərhədlərinin qorunmasında, etibarlı mühafisəsində fasiləsiz olaraq həyata keçirmişlər. Bu illər ərzində sərhəd qoşunları qarşısında duran mühüm tapşırıqların yerinə yetirilməsində bir sıra uğurlu nəticələr və naliyyətlər əldə olunmuşdur. Sərhəd qoşunların yaranmasında Ulu öndərin, Respublikanın dahi memarı, ideaları ölməz, bəşəri prinsiplərlə xalqına dəyərli olan Heydər Əliyev cənabların rolu əvəzsizdir. Uğurlu hərbi əməliyyatlar nəticəsində müzəffər Ordumuz Vətən torpaqlarımızı işğaldan azad etdi. Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edildi, düşmən böyük itkilər verdi istər canlı qüvvə, istərsə də texnika sarıdan. Məğlubiyyətilə barışa bilməyən düşmən cəbhə xəttindən uzaqda yerləşən qədim Gəncə, strateji obyektlər yerləşən Mingəçevir və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Qəbələ, Xızı və başqa rayonlarının yaşayış obyektləri artilleriya və ballistik raketlərlə atəşə tutmağa başladılar.Ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız bir yumruq kimi birlik nümayiş etdirərək düşmənə zərbələr endirmişdir. 44 gün sürən müharibədə müzəffər Azərbaycan Ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etmişdir. 44 gün ərzində müntəzəm sürətdə təzyiqlər, təhdidlərin olmasına baxmayaraq Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi, Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Azərbaycan xalqı hər zaman Ali baş komandanın yanında olub, yanındadır və olacaqdır. Cənab prezidentimizin ətrafında hər zaman sıx birləşməyimizi və bizə, öz xalqına hər zaman arxalanacağını 44 günlük mübarizə və Zəfərlə sübut etdik. Biz bu qələbəni şəhidlərimizin qanı-canı bahasına, qazi əsgər-zabit qardaşlarımızın sağlamlığı bahasına əldə etdik. Biz bu qələbəyə görə müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, şəhidlərimizə, əsgərlərimizə, zabitlərimizə, qazilərimizə ömrümüzün sonuna qədər borcluyuq.

Yaşasın Milli Ordumuz! Yaşasın Azərbaycan xalqı!

Yaşasın Ali Baş Komandanımız İlham Əliyev!

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Ulu Öndər Heydər Əliyevin ruhu şad olsun!

Şəhla Xəlilova

YAP Yasamal rayon AMEA Fizika İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə