Siyasi hakimiyyətin Ulu Öndər Heydər Əliyev tərəfindən ləyaqətli şəkildə idarə olunması ŞƏRH

15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın israrlı təkidi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Həmin ayın 24-də isə Prezident səlahiyyətlərini icra edərək, ölkəyə rəhbərlik etməyə başlamışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqı bəlalardan qurtuluş dövrünə qədəm qoydu. 90-cı illərin əvvəllərində ölkədə xaos, anarxiya, hərc-mərclik hökm sürür, vətəndaş qarşıdurması ölkədə pik həddinə çatmışdır. Acınacaqlı vəziyyətin qarşısını ala biləcək tək şəxs Ümummilli Lider Heydər Əliyev idi. Ağır missiyanı üzərinə götürən Heydər Əliyev bu problemin qarşısını məharətlə aldı. Yüksək idarəetmə qabiliyyəti, geniş təcrübə, misilsiz peşəkarlıq səviyyəsinə malik olması sayəsində Azərbaycan məhv olma təhlükəsindən qurtuldu. Ulu Öndər Heydər Əliyev deyəndə ağla gələn əsas anlam vətənə sədaqət və xalqına sevgi hissidir. Müstəqilliyin ilk illərində dövlət və xalq qarşısına çıxan bir çox problemlər var idi ki, bunlardan da çıxış yolunu məhz Ulu Öndər Heydər Əliyev kimi dahi tapa bilərdi. Xalq öz xilaskarına inanaraq bütün çətin vəzifələri yerinə yetirə biləcək gücdə olan Heydər Əliyev dühasına söykənərək gələcəyə ümüdlə baxırdı. O zaman, Ulu Öndər boş olan dövlət büdcənin inkişafı üçün iqtisadi imkanları genişləndirməq məqsədi ilə səfərlər edərək ölkə iqtisadiyyatına uğurlu olan müqavilə və sazişlər imzalayırdı. Bununla yanaşı siyasi arenada olan uğurlu addımlar gələcəkdə imzalanacaq neft kontraktlarına yol açdı. Bunlar Heydər Əliyev tərəfindən tətbiq olunan, eyni zamanda ölkə qarşısında duran strateji vəzifə və hədəflərə çatmaqda önəmli rol oynadı.

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə