"Növbəti sanksiyalar paketinin qəbul edilməsi məsələsi gündəmdədir" - POLİTOLOQ AÇIQLADI
"Ümumiyyətlə, G7 ölkələrinin sammitlərinin keçirilməsində əsas məqsəd beynəlxalq münasibətlər sistemində mövcud siyasi, iqtisadi və sosial problemlərin müzakirə edərək ortaq həlli imkanlarının araşdırılmasıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, iyunun 26-da Almaniyada keçirilməsi planlaşdırılan növbəti sammitdə gündəlikdə dayanan əsas məsələ heç şübhəsiz ki, davam edən Rusiya-Ukrayna müharibəsi, qlobal ərzaq böhranı və enerji təhlükəsizliyi məsələləri olacaq: "Sammit çərçivəsində keçiriləcək görüşə Ukrayna prezidenti Volodimir Zelenskinin də qoşulacağını nəzərə alsaq, deməli yekun nəticədə müharibənin gələcəyinə təsir edəcək qərarların qəbul ediləcəyini deməyə əsas var. Hər bir halda Rusiyaya qarşı növbəti sanksiyalar paketinin qəbul edilməsi məsələsi də gündəmdədir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB