IX Qlobal Bakı Forumu aktual məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir ŞƏRH
Azərbaycan siyasi, iqtisadi, humanitar və mədəni cəhətdən regional və qlobal dialoq məkanına çevrilib. Buna sübut olaraq, ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsini göstərmək olar. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun keçirilməsi də aktual məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ənənəvi platformadır. Forumlarda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, dünyanın bir sıra tanınmış ictimai-siyasi xadimləri və dövlət rəsmiləri iştirak edirlər. “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları və bu kimi mövzularda səmərəli müzakirələr aparılıb. Prezident İlham Əliyev forumda geniş və əhatəli çıxış edərək, bu mötəbər tədbirin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsinin nəticələri, Cənubi Qafqaz regionunda mövcud vəziyyət, bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində Azərbaycanın təşəbbüsləri haqqında ətraflı fikirlərini ifadə edərək, Ermənistanın əldə edilən razılaşmaları pozduğunu vurğuladı.Cənab Prezident bildirdi ki: “10 noyabr razılaşmasına uyğun olaraq ermənilər Laçın yolundan sərbəst istifadə etsələr də, Azərbaycanlılar Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq”. Bütövlükdə Qlobal Forumda aparılan müzakirələr kifayət qədər faydalıdır. Bundan sonra Azərbaycanın perspektiv inkişafı və dünyada artan nüfuzu haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də dünyanı düşündürən qlobal məsələlərin müzakirəsi baxımından Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacağına heç şübhə yoxdur.
İlqar Babayev
YAP Tərtər rayon təşkilatı Dəmirçilər ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB