“Xalq Əli Kərimliyə və digər müxaliflərə nifrət edir” AÇIQLAMA

“Xalq Əli Kərimliyə və digər müxaliflərə nifrət edir” AÇIQLAMA

“Bu gün Azərbaycan inkişaf yolundadır. Prezidentimiz Azərbaycan dövlətini daha da sürətli şəkildə inkişaf etdirmək üçün çox çeşidli tədbirlər həyata keçirir. İnkişaf etmiş Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq istəyən həm xaricdə, həm də daxildə qüvvələr var”. Bunu “Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov da “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müxalifət düşərgəsini təmsil edən şəxslərin ölkəmizdə nə isə bir xoşagəlməz vəziyyət yaratmaq cəhdləri iflasa uğrayacağı şübhəsizdir: “Azərbaycanda stabilliyi pozmaq, xaos yaratmaq və Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq dağıdıcı müxalifətin əsas fəaliyyət istiqamətləridir. Amma bu illər ərzində onların bu cəhdlərinin heç bir nəticəsi olmayıb və bundan sonra da olmayacaq. Yəni müxalifət təmsilçiləri heç vaxtı Azərbaycanın uğurlarına kölgə sala bilməyəcəklər. Çünki xalq Əli Kərimliyə və digər müxaliflərə nifrət edir”.

T.Novruzov onu da bildirdi ki, xalqımız yaxşını pisdən ayırmağı bacarır: “Elə müxalifətin özü də çox yaxşı bilir ki, xalq tərəfindən onların heç bir siyasi dəstəyi yoxdur. Sadəcə olaraq, adları çəkilən bu şəxslər bəzi xarici qüvvələr tərəfindən maliyyələşir və bu maliyyələşmənin qarşılığında da ölkəmizdə nə isə bir xoşagəlməz vəziyyət yaratmaq istəyirlər. Amma dediyim kimi, nə xarici qüvvələrin, nə də ki müxalifətin bu istəyi heç vaxt baş tutmayacaqdır. Həm də bu şəxsləri siyasətçi adlandırmaq olmaz, əslində, onlar bazar təfəkkürlü və düşüncəli insanlardır. Azacıq vicdanları varsa, siyasətdən gedib, xeyirli bir peşə fəaliyyəti ilə məşğul olardılar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə