"Bu, danışıqlar prosesinə mənfi təsir göstərir" - POLİTOLOQ AÇIQLADI
"Ermənistanda keçirilən aksiyalar Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində danışıqlar prosesinə mənfi təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, aksiya iştirakçılarının da elə əsas məqsədi də budur ki, regional sülh və təhlükəsizlik formalaşmasın, sabitliyə doğru atılan addımların üzərindən xətt çəkilsin: "Bu baxımdan Ermənistanda xaricdəki havadarların köməkliyi ilə müxalifətin nümayişləri keçirilir. Ermənistan baş naziri Nikol Paşinyanın müxalifətçiləri dağıtmaq üçün əlində istənilən qədər resursu var. Lakin o, bu resurslardan istifadə etmir. Eyni zamanda polisin şiddət tətbiq etməsinin də şahidi oluruq. Maraqlıdır ki, beynəlxalq qeyri-hökumət təşkilatları bu məsələyə susqunluq nümayiş etdirir, reaksiya vermirlər. Ermənistanda sərbəst toplaşmaq söz və fikir azadlığının boğulması məsələsinə biganə yanaşılır. Bu da ikili standartların bir nümunəsidir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB