“Ermənistan bu məsələni uzatdıqca, bu cür hallar təkrarlanacaq” - DEPUTAT

“Ermənistan bu məsələni uzatdıqca, bu cür hallar təkrarlanacaq” - DEPUTAT

“Ermənistan açsın qulaqlarını eşitsin və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Parlamentin bu gün keçirilən ilk növbədənkənar iclasında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, İrəvan hansı sənədin altına qol çəkibsə, bunun məsuliyyətini dərk etməlidir: “Ona görə də beynəlxalq təşkilatlar Ermənistana xəbərdarlıq etməlidir. İndiyə qədər etməyiblər, Ermənistan ərköyün övlad kimi davranıb. İndi isə ərköyün övladı tənqid etməyin vaxtı gəlib çatıb. Bu məsələni daha nə qədər uzatmaq istəyirlər? Bu gün ANAMA-nın bir əməkdaşı minaya düşüb. Ermənistan bu məsələni uzatdıqca, bu cür hallar təkrarlanacaq. Ona görə də Ermənistan konkret addımlar atmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə