Milli Qurtuluş Günü Azərbaycan xalqının milli fəxarət günüdür ŞƏRH
Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun- Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın yaddaşına həkk olunmuş Qurtuluş Günü ölkəmizin hər yerində Heydər Əliyevə dərin hörmət və böyük minnətdarlıq hissi ilə qeyd olunur. XX əsrin sonlarında Sovet İttifaqı kimi nəhəng bir dövlətin süqutu milli respublikaların öz müstəqilliklərini elan etməsi üçün şərait yaratdı və bu, müstəqil dövlətlərin meydana gəlməsi ilə nəticələndi. Yaranmış tarixi şəraitdən istifadə edən Azərbaycan da öz dövlət müstəqilliyini dünyaya bəyan etdi. Lakin 80-ci illərin axırında, 90-cı illərin əvvəllərində respublikaya rəhbərlik etmiş şəxslərin kölə psixalogiyası, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş kor-koranə addımları Azərbaycanı getdikcə tənəzzülə doğru aparmış, torpaqlarımızın bir-birinin ardınca düşmənlərimizin əlinə keçmişinə şərait yaratmışdır.
Biz azadlığımız, müstəqilliyimiz naminə ağır sınaqlardan keçmişik. Lakin unutmayaq ki, qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, möhkəmlənməsəndə. Dünyaya tanıdılmasında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Heydər Əliyevdir.
1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan içtimai-siyasi, hərbi böhran 1993-cü ilin yayında özünün son həddinə çatdı. Bir-birini əvəz edən səriştəsiz, idarəetmədə naşı olan o vaxtkı dövlət rəhbərləri ölkədə elə xaos, anarxiya, özbaşınalıq yaratmışdılar ki, xalqın qanı bahasına qazanılmış müstəqillik artıq uçuruma doğru yuvarlanırdı. Belə bir şəraitdə torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt olunur, günahsız insanlar qətlə yetirilir, ata-baba yurdlarından didərgin salınanların sayı durmadan artırdı. Siyasi hakimiyyətsizlik Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qoymuşdu. Çünki hakimiyyətdə müstəqil Azərbaycanı xarici işğaldan və daxili parçalanmadan qoruya biləcək şəxsiyyət və milli lider yox idi. Belə bir zamanda xalq Azərbaycanın xilasını yalniz Heydər Əliyevin simasinda görürdü. Bu böyük insan ümumxalq inamını, etibarını xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı. Ümumiyyətlə, Azərbaycanın içtimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğur və nailiyyətlər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısı İlham Əliyev də ulu öndərin layiqli yetirməsi və davamçısıdır.
Könül İbrahimova
YAP Yasamal rayon təşkilatının AMEA Fiziologiya İnstitutunun
ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB