“Son vaxtlar dünyada baş verən hadisələr xalqları çətin vəziyyətə salmış, öz vətənlərini tərk etmələrinə məcbur qalıblar. Dünya çalxalandığı bir dövrdə Ali Baş Komandanımızın rəhbərliyi altında ərazi bütövlüyümüzü bərpa edərək qalib ölkəyə çevrildik”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkəmizdə siyasi sabitlik təmin olunmuş, vətəndaşların sosial vəziyyətinin qlobal arenada qorunması istiqamətində davamlı tədbirlər icra olunur: “Bu gün nail olunduğumuz sabitlik və təhlükəsizlik hər hansı başqa nə iləsə müqayisə olunmazdır. Amma çox təəssüf ki, Əli Kərimli və onun trol dəstəsi uğurlarımızı və nailiyyətlərimizə sevinmək əvəzinə xarici dairələrin dəstəyi ilə öz amplualarında qalaraq insanları sosial şəbəkələrdə dövlətə qarşı meydanlara çıxmağına çağırışlar etməkdədir. Onlar görmürlər ki, ölkəmiz və cəmiyyət inkişaf edib, dövlətin qazandığı uğurları ilə fəxr edir. Çox təəssüf olsun ki, bu gün radikal müxalifətdə dayananlar ümumi inkişafdan geri qalıblar. Yaxşı olardı ki, gözünü açıb dünyada baş verənlərə bir nəzər salıb bu günə şükür etsinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB