“Artıq heç kəsə sirr deyil ki, dünyada təkcə güclü dövlətlər deyil, güclü beynəlxalq qurumlar da ayrı-ayrı kiçik dövlətləri öz nüfuz dairələrinə salmağa çalışırlar. Hətta artıq teleseriallarda bu mövzu çox geniş şəkildə, bir az da bədiiləşdirilərək dünya insanlarının diqqətinə çatdırılır. Türkiyənin TRT-1 telekanalında yayımlanan "Təşkilat" dizisində biz belə güc mərkəzlərinin ölkələri təsiri altına almaq üçün nələrə əl atdıqlarının şahidi oluruq”. “Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, indi həmin güc mərkəzlərinin diqqəti, əsasən Qafqaz regionuna yönəlib: “Burada tamamilə müstəqil siyasət yürüdən, heç kimin deyil, yalnız öz dövlətinin və xalqının maraqları baxımından siyasət formalaşdıran və onu uğurla reallaşdıran bir Azərbaycan var. Mənim qətiyyən şübhəm yoxdur ki, bu gün Ermənistanla Azərbaycan arasında reallaşmaqda olan sülh danışıqları həmin gücləri ciddi narahat edir və bu danışıqları pozmaq üçün hər iki dövlətin içində qarşıdurma, çaxnaşma, xaos yaratmağa cəhd edir. Ermənistanda buna nail olsalar da, Azərbaycan iqtidarının xalqın arzu və istəklərinə uyğun siyasət yeritməsi ilə əlaqədar bunu reallaşdıra bilmirlər. indiyə kimi bütün fəaliyyətləri fiaskoya uğrasa da, Qafqazda dinclik, barış yaranacağı təqdirdə bu regiona təsir imkanlarının tamamən sıfırlanacağını yaxşı bilirlər. Odur ki, hər vasitə ilə bunun qarşısını almağa çalışırlar. Belə də ən yaxşı vasitə ölkədəki haram süd əmən mənşəyi şübhəli adamlardan yararlanmağa çalışırlar. Əvvəllər də bu üsullardan istifadə etmək istəyiblər, indi də yenidən həmin adamları hərəkətə gətirməyə çalışırlar”.
T.Novruzov onu da bildirdi ki, millilikdən tamamən uzaq "Milli Şura" adlanan qurum da, AXCP, Müsavat kimi siyasi təşkilatlar da bu baxımdan onlar üçün əlverişli qurumlardır: “Çünki həmin qurumları idarə edənlər birbaşa pula, var-dövlətə milli dəyərləri ayaqlar altına alan, "Təşkilat"dakı ildırımlardır. Belələri milyonlar əldə etmək üçün ağa qara deməkdən, göydəki günəşin varlığını danmaqdan belə çəkinməyən buqələmunlardır. Amma əminəm ki, ağla qaranı rahat ayırd edə bilən, göydəki günəşin mövcudluğunu qeyd-şərtsiz qəbul edən yetkin bir xalq olaraq həmin qüvvələrin də, onların içimizdəki qulbeçələrinin də arzularını yenə gözlərində qoymağa qadirik. Yenə bir türk serialından sitat yadıma düşdü. "Dastan" dizisində Alpaqut xanın sözləridi: Türklər xarici düşmənləri əzməyi yaxşı bacarır. Amma içimizdəki xainlər hər zaman bizə düşmənlərimizdən də betər zərbələr vurur! İçimizdəki xainləri əzmək və relslər üzərində iti sürətlə irəliləyən qatarın - Azad, Müstəqil Azərbaycanın irəliyə doğru sürətini azaltmaq istəyənlərin arzularının gözlərində qalacağına əminəm. Çünki indi xalq 90-cı illərin əvvəllərindəki xalq deyil. Nə yazıqlar ki, həm xaricdəki qüvvələr, həm də içimizdəki xainlər bunun fərqində olmaq istəmirlər. Çünki ortada kifayət qədər iri məbləğlər var, həm də oradan daha çox qazanmağa çalışır. Burunlardan gələcək, inşaAllah!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB