Gürcüstanda Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq

Milli Məclisin deputatı, Gürcüstanla parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev mayın 26-da Gürcüstanın paytaxtı Tbilisi şəhərinə yola düşəcək. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, deputat səfər çərçivəsində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 28 may – Azərbaycan Respublikasının Müstəqillik Gününün 104-cü ildönümünə həsr edilmiş rəsmi qəbula qatılacaq. Arzu Nağıyev tədbirdə Azərbaycanın keçdiyi tarixi yol barədə danışacaq, müstəqillik illərində qazandığı uğurlar barədə məlumat verəcək.

Rəsmi qəbulda Gürcüstanın rəhbər vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulub.

Səfər mayın 28-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...